"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Şuşanın körpə qartalı…

15 Dekabr 2021 - 12:23
in MANŞET
FacebookVatsap

Şəhid Qubad: “Qaliblər ölməz”

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Azərbaycanın torpaqları hesabına dövlət quran indiki Ermənistan 1988-ci ildə növbəti dəfə ölkəmizin ərazilərinə göz dikdi. Bu dəfə həm də sovet imperiyasının başında duran Qorbaçova və onun xanımı Raisaya arxalanaraq. Məqsəd Qarabağı ələ keçirmək idi. Ancaq ilk olaraq Ermənistanda, yəni Qərbi Azərbaycanda yaşayan Azərbaycan türklərini dədə-baba yurdlarından qovmaq oldu. Bunu da planlı olaraq həyata keçirdilər. Həmin planın qurbanlarından biri də Zəngəzur mahalı Sisiyan rayonunun Vağadi kənd sakini Əliyevlər ailəsiydi. Əslində ermənilər xislətlərinə uyğun olaraq zaman-zaman və planlı olaraq bu siyasəti reallaşdırırdılar. Məsələn, Azərbaycan türkünü hansısa vəzifəyə təyin etmirdilər. Ən yaxşı halda müəllim işləyə bilirdilər. Çoxları da Bakıya təhsil dalınca gəlsələr də, qayıtmırdılar. Çünki aqibətləri bəlliydi. Əgər qeyri-ixtisas sahibisənsə işlə təmin olunmurdun. Məcburən kolxozda və yaxud sovxozda işləməliydin. Yəni ya tövlə süpürməli, ya naxıra getməli, ya da ermənilərin məsləhət bildikləri qara işlərdə işləməliydin. Bir sözlə, ermənilərin məkirli siyasəti işləyirdi. Həm də bütün sahələrdə…
…Əslən Vağadidən olan Əliyev Hüsür Qubad oğlu orta məktəbi bitirib hərbi qulluğa çağrılır. Hərbi qulluğunu başa vurduqdan sonar qərara gəlir ki, dogma yurda qayıtmasın. Azərbaycanda qalıb işləsin. 1988-ci il hadisələri başlayanda Hüsür Sumqayıtda zavodda fəhlə işləyirdi. Yaşlı insanlardan qaniçən ermənilərin Azərbaycan türkünə etdikləri zülümləri çox eşitmişdi. Ona görə də Vağadiyə ailəsinin yatdımına yetişir. Və yığışıb Azərbaycana gəlirlər, 200 mindən artıq soydaşımız kimi. 1988-ci ildən etibarən Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü qalmır. Necə deyərlər, siyasətlərinin birinci mərhələsini “uğurla” həyata keçirirlər…

Baba adını şərəflə yaşadan oğul…

…İlk olaraq yataqxanada yerləşən Hüsür əslən Dəstəyurd kəndindən olan Nigarla ailə qurur. Bir qızı, bir oğlu olur. Qızına Sara adını qoyurlar. Oğluna isə atasının adını, Qubad qoyur. Vağadidə dünyasını dəyişən atasının ruhunu şad etmək məqsədilə. Əslində 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində doğulan Qubad 26 il həyatı boyunca əməlləri, davranışları ilə babasının ruhunu şad edib. Sumqayıt şəhər 8 saylı orta məktəbi bitirən Qubad 1 saylı peşə litseyinə qəbul olur. Bəzi ali təhsillilərdən fərqli olaraq qəbul olduğu peşəni dərindən mənimsəyir. Artıq Vətənə xidmət etmək borcu yetişir. 2013-cü ildə hərbi qulluğunu Ağdamın Quzanlı kəndində başa vurur. Qubad Azərbaycanın 20 faiz torpaqlarının, həm də gülüstan yerlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını həzm edə bilmir. Elə hey deyir: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Güclü ordusu, müasir silahları, yeraltı, yerüstü sərvəti olan zəngin dövlətdir. Bir çağırışla mənim kimi necə oğullar silaha sarılıb Vətəni qorumağa, canımızdan keçməyə hazırıq. Təki torpaqlarımız şərəfsiz ermənilərdən təmizlənsin. Bir məclisə, Vətəndən uzağa gedəndə başımızı dik tuta bilək ki, torpaqlarımızı azad etmişik”.
Anası Nigar: “Həyat nəşəliydi. Arzuları, palanları çox idi. Bura Bağlar massivi kimi tanınır. Bir çoxları kimi biz də burda ev tikdik. Çünki bina evlərindən almağa imkanımız yoxuydu. Əsgərlikdən gələndən sonra Qubad dedi ki, evi təmir edək, maşın alaq, ailə qurmaq haqqında düşünəcək”.
…Qubat 2016-cı il avqustun 2-də Balaxanımla ailə qurur. Atanın, ananın göz bəbəyi, güvənc yeri, arxa-dayaq bildikləri Qubadın oğul balası dünyaya gələndə qohum-əqraba, dost-tanış yığışıb gözaydınlığına gəlirlər. Hər biri də xeyir-duadan sonra bu arzunu bildirir:”İnşallah Qubad kimi atasının, anasının qədrini bilən, bacısının başını uca edən övlad olar”. ..
…2020-ci il sentayabrın 27-də Ali Baş Komandan İlham Əliyevin verdiyi əmri gözləyənlərdən biri də Qubad idi. Ermənistan Silahlı Qüvvələrinin 30 ilə yaxın işğalda saxladığı torpaqlarımızın azad edilməsi üçün könüllü olaraq heç tərəddüt etmədən Hərbi Komissarlığa üz tutdu. Təbii ki, evdəkilərin xəbəri olmadan. Hərbi Komissarlıqdan bildirdilər ki, “get gözlə, çağıracağıq”.

“Şərəfli yoluna qurban olum…”

Bacısı Sara: “Döyüşə getməmişdən üç gün əvvəl bizə gəlmişdi. Cibindəki pulu son qəpiyə qədər xərcləyib, uşaqların sevdiyi şeylərdən almışdı. Sanki vida etməyə gəlmişdi. Dönə-dönə məni, uşaqları öpdü. Gedəndə də gülə-gülə dedi:”Bacı bir manat ver yolpulu edim”. Mən də danladım ki, niyə belə edirsən? Vallah qardaşlar var ki, bacını aylarla yad eləmir. Bacı necə yaşayır, nə yeyir, nə içir xəbər tutmur. Ancaq mənim qardaşım belə deyildi. Fəhlə adamıydı, əlinin zəhmətilə qazanırdı. Yenə də məni yaddan çıxarmırdı. Bu hiss nə qəribədir. Qardaşsız sol tərəfim acıyır. Hər zaman deyirəm şərəfli yoluna qurban olum. Qubad mənim başımın tacıydı. Hər zaman bizimlə olacaq”.
…Söhbətin bu yerində qucağında 6 aylıq körpə olan bir gəlin otağa daxil oldu. Salamlaşıb oturdu. Nigar xanım “gəlinimdir” deyib, körpəni qucağına aldı və ağlaya-ağlaya dedi:”Bizə könüllü olduğunu bildirmədi. Getməmişdən iki gün əvvəl öyrəndik. Nə qədər başa saldıq ki, balan var. Hələ xanımın da iki aylıq ikinci uşağına hamilədir. Xeyri olmadı. Hər birimizə sözü bu oldu: “Mənə bir şey olsa siz varsınız. Mənim kimilər gedib ermənidən qisasımızı almalıdır. Bir də ki, mən qələbə üçün gedirəm””.
…Qubad oktyabrın 9-da könüllü olaraq Vətən savaşına yollanır. Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd döyüşlərində baş atıcı kimi düşmənə qan uddurur.
Atası Hüsür:”Hər gün zəng vururdu. Hər birimizə ayrı-ayrılıqda. Deyirdi ki, biz illərdir cənnətimizdən ayrı qalmışıq. Artıq cənnətimizi qazanmağımızın zamanıdır. Oğlum həm bu dünyada cənətimizi qurtardı, həm də o dünyada cənnətinə qovuşdu. Zəng vuranda deyirdim, özünü qoru, axı sənin iki körpən var. Anasına mesaj yazıb: “Atama deyin ki, sadəcə dua edib, mənimlə fəxr eləsin”. Bir mesajı da vardı, onu hər dəfə oxuyanda varımdan yox oluram: “Elcana arada nəsə alın. Mənim yerimdə yatsın. Özü yatmamış ağlatmayın, nə istəyirsə edin. Təsəvvür edin ki, mənəm, qoruyun”. Döyüş dostları deyir ki, Qubad suları qurtaranda azad etdikləri meşələrdən, kəndlərdən meyvə yığıb gətirərmiş. Ərzaq, su gəlincə ötüşə bilsinlər, deyə. Deyirdi bu yerlərin çürük meyvəsi şəhərin meyvəsindən dadlıdır, xeyirlidir””.
…Söhbət etdiyimiz qonaq otağı Qubadın şəkkillərilə bəzədilib. 3 yaşlı oğlu Elcan atası haqqında danışılan zaman şəklini gətirib köksünə sıxır və “atam şəhid olub” deyib, şəklini öpür. Hələ bu müqəddəs sözün mənasını bilməyən Elcan körpə kimi əzizlənir, Qubadın adına layiq övlad kimi böyüməsi üçün əmək qoyulur…

“Elə gözəl səsi vardı ki…”

Xanımı Balaxanım: “Qubad mənim üçün tək həyat yoldaşı, körpələrimin atası deyildi. Həm də bir dost, sirdaş idi. Kimsəyə deyə bilmədiklərimi onunla bölüşərdim. Qulaq asardı, eyni yaşıd olmağımıza baxmayaraq ağıllı məsləhətlər verərdi. Bir gün dərdləşirdik:”Mənim ürəyim hiss edir, heç 30 yaşıma çatmamış dünyadan köçəcəm”. Mən də ağladım, “sənsiz nə edərəm” deyəndə, başımı köksünə sığıb könlümü aldı. Qubadın çox gözəl səsi vardı. Elə gözəl oxuyardı ki… Deyirdi:”İstəyirəm televiziya proqramlarına çıxam, məni hamı tanısın, məhşur olam”. Daha bilmədi ki, şəhid kimi tanınacaq, seviləcək, məşhur olacaq”.
…Qubad 2020-ci il noyabrın 8-də saat 14:42-də atasına sonuncu dəfə zəng vurur. Aralarında qısa bir dialoq olur.
Qubad: “Ata gözümüz aydın. Şuşa bizdədir.Mən sizi, siz də məni təbrik edin”.
Atası: “Gözümüz aydın Qubad. Hə, təbrik edirəm”.
Qubad: “Prezidentin çıxışına baxdınız?”
Atası: “Baxdıq. Yaxşı danışdı. Qalib ordunun Baş Komandanı kimi. Qubad özünü qoru”.
Qubad: “Narahat olma. Qaliblər ölməz”.
…Elə həmin gün günortadan sonra həyət qapısı döyülür. Şad-xürrəm gedib qapını açırlar. Yəqin ki, yenə də gözaydınlığına gələn var. Və yaxud “Qubaddan nə xəbər” deyə, soruşacaqlar. Ancaq bunların heç biri deyildi.
Qubadın atası: “Qapını açanda İcra Hakimiyyətindən gəldiklərini, Qubadın yaralı olduğunu, hətta maşınla məni oğlumun olduğu yerə yollayacaqlarını bildirdilər. Elə bil dünyam qaraldı. Öz-özümə dedim ki, bu yaralanma məsələsi deyil. Oğlumun başına bir iş gəlib. Bəli, gedib oğlumun tabutuyla qayıtdım. Komandiri Qubadın cənazəsini təhvil verəndə dedi:”Qubad Şuşanın körpə qartalı idi””.
…Şuşanın lap yaxınlığında şəhid olan Qubad Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır. Dostları deyir:”Qubad şəhid olanda elə bildik torpaqlarımız yenidən işğal olunub. Hər zaman döyüşə gedəndə xəbərdarlıq edirdik ki, ailəlilər bir addım arxada olsunlar. Kimə deyirdin. Qubad bu xəbərdarlığa məhəl qoymadan öndə gedirdi”.

“Mənəm, şəhid Qubad”

Anası Nigar: “Oğlum bir dəfə də olsun yuxularıma gəlməyib. Ancaq başqa-başqa adamlardan mənə sözünü çatdırıb. Şəhid Elnurun bibisi yuxuda görüb ki, Qubad Şəhidlər Xiyabanında əlini onun çiyninə qoyur. Elnurun bibisi soruşur ki, kimsən? Deyir: “Mənəm, şəhid Qubad. Xala səndən bir xahişim var. Anama deyin çox ağlamasın, özünü qorusun, uşaqlarım üçün”. Deyib, axı sənin bir oğlun var. Qubad iki oğlu olduğunu bildirib.
Bir gün də tanımadığım bir nömrədən zəng gəldi. Tanışlıq verdi, xatırladım ki, şəhid yasında görmüşəm. Dedi Nigar bacı sənə bir yuxu danışacam, diqqətlə qulaq as: “Qubad yuxuma gəlmişdi. Deyir ki, anama ad günündə dibçəkdə gül almışdım. Ona son vaxtlar qulluq etmir deyə, solub”. Gedib gülü tapdım. Qubadın yasına başım necə qarışmışdısa balamın aldığı gül yadımdan çıxmışdı. Yarpaqları saralıb dibinə tökülmüşdü, artıq kötükləri qalmışdı. Ağlaya-ağlaya qurumuş yarpaqların təmizlədim, dibini boşaltdım. Artıq Qubadın aldığı gül həyata qayıdıb. Ancaq balam yoxdu”…
…2021-ci il iyunun 1-də Qubadın ikinci oğlu dünyaya gəlir. Babası adını Qubad qoyur. Baba Qubadın adını şərəflə daşıyıb şəhidlik zirvəsinə ucalan Qubad həm də övladlarının fəxr edəcəyi bir atadır. Tək övladları deyil, bütün xalq Qubad kimi oğullarla fəxr edir…
…Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əliyev Qubad Hüsür oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Arzu Şirinova

Şuşanın körpə qartalı…
Şuşanın körpə qartalı…
Şuşanın körpə qartalı…
Şuşanın körpə qartalı…
Şuşanın körpə qartalı…
Şuşanın körpə qartalı…
Previous Post

Şuşanın körpə qartalı…

Next Post

Neftin qiyməti azalıb

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
Neftin qiyməti azalıb

Neftin qiyməti azalıb

Neftin qiyməti azalıb

Neftin qiyməti azalıb

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.