“Şuşada sürətlə davam edən bərpa və yenidənqurma işlərinin tərkib hissəsi kimi tanınmış şəxslərə abidələrin qoyulması da zəruridir”.
Elchi.az xəbər verir ki, bu barədə “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov FB hesabında qeyd edib:
“Şuşa rəsmən (Prezidentin 7 may 2021-ci il № 2632 Sərəncamına əsasən) ölkəmizin mədəniyyət paytaxtı elan edilsə də, bu gözəl şəhərimizdə təkcə mədəniyyət və incəsənət xadimlərimizn deyil, tarixi şəxsiyyətlərimizin, hərbi sərkərdələrimizin, Vətən üçün qəhrəmanlıq göstərib canından keçən əsgər və zabitlərimizin də möhtəşəm abidələri olmalıdır.
Məsələn, mən ilk növbədə aşağıdakıları təklif edirəm.
Şuşanən təkcə xanlıqlar dövründə paytaxt olmasını (yəqin ki, Pənahəli xanın və Qarabağ xanlarının memoraial abidəsi olacaq) yox, həm də dövlətçiliyimizin sonrakı dövrlərində də bölgənin vahid siyasi mərkəzi olduğunu vurğulamaq üçün AXC dövründəki Qarabağ General-qubernatorluğunun iqamətgahının binası elə bu adla bərpa edilməli və general-qubernator Xosrov bəy Sultanova layiqli bir abidə ucaldılamlıdır.
Məşhur sərkərdə və AXC-nin Hərb naziri Səməd bəy Mehmandarovun möhtəşəm abidəsi də yəqin ki, oalacaq.
Əslən Şuşadan olan və vaxtilə erməni terroruna qarşı ən yaxşı mübarizə “resept”ini ortaya qoyaraq “Difai”ni yaratmış, böyük mütəfəkkir, təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyə Cumhuriyyətində məşhur dövlət xadimi olmuş Əhməd bəy Ağaoğlunun da əzəmətli abidəsi Şuşanın ən görkəmli yerlərindən birini bəzəməlidir.
Birinci Qarabağ müharibəsində Şuşa uğrunda canından keçmiş qəhrəmanlarımızın da abidəsi bu şəhərdə yer almalıdır. Şuşa şəhərinə bitişik olan Daşaltı kəndinə tərəf görkəmli bir yerdə 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında şəhid və itkin düşən hərbçilərimizin şərəfinə mütləq abidə ucaldılamlıdır.
Şuşada ucaldılacaq ən möhtəşəm abidə isə 44 günlük Vətən Müharibəsində bu qartal yuvasını düşməndən azad edən əsgər və zabitlərimizin abidəsi olmalıdır.
Şuşa başqa görkəmli tarixi şəxslərimiz abidələri ilə də bəzədilməlidir. Əminəm ki, çoxlu təkliflər olacaq.
Hər bir halda bu gözəl şəhər təkcə mədəniyyət beşiyi kimi yox, həm də cəngavərlər qalası kimi tanıdılmalıdır.”
Şayəstə