"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Suriyada ehtiraslar yenidən coşur: Raket atəşlərinin pərdəarxasındakı niyyətlər – TƏHLİL

28 Avqust 2022 - 14:10
in DÜNYA
FacebookVatsap

“Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatlar keçirəcəyi ərəfədə 2011-ci ildən bu yana qan çanağına dönən ərəb ölkəsində yenidən atəş səsləri ucalır. Türkiyə ilə İsrailin münasibətlərinin istiləşməsi, Ankaranın Suriya hökuməti ilə dialoqu bərpa etmək səyləri fonunda İranla ABŞ qüvvələri arasında hərbi gərginliyin artması regiondakı digər oyunçuların da ehtiraslarını coşdurur. Bu yaxınlarda İsrail İran bazasına aviazərbələr endirməklə SEPAH zabitlərindən birini öldürdü, ardınca isə İran ABŞ qüvvələrini raket atəşinə tutdu”.

Bunu da oxuyun

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

Tramp süni intellektin adını dəyişdirir

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

Elchi.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib.

Ekspert vurğulayıb ki, ABŞ cavab olaraq raket zərbələri yağdıran İran qüvvələrini zərərsizləşdirmək üçün döyüş helikopterləri ilə cavab tədbirləri görüb, nəticədə üç iranlı hərbçi ölüb, üçü isə yaralanıb:

“Suriyanı bürüyən barıt iyinin kəskinləşməsi ən çox İranın sıxışdırılıb çıxarılmasına hesablanıb, lakin bu ölkədəki SEPAH qüvvələri, Tehranın kölgəsi altındakı “Hizbullah” silahlılarının qovulması müşkül məsələdir. Suriyada İranın dalana dirənərək uduzdurulması planı həm Türkiyənin, həm İsrailin, həm ABŞ-ın maraqlarına cavab verir, amma İslam Respublikasının müttəfiqi Rusiya hələ ki Tehranı ayağa vermək idealları səviyyəsinə çatmayıb. Buna görə də hərbi konfrontasiya mütənasib və düşünülmüş addımlar kontekstində öz tempini saxlayacaq və qarşılıqlı zərbələr davam edəcək. Vəziyyətin mürəkkəbləşməsi ən çox Türkiyə üçün problemə çevrilir, onun keçirəcəyi əməliyyatların önünə İran amilini çıxarmaq üçün əsaslar yaranır, amma Ankara bu işin öhdəsindən gəlib müəyyən etdiyi hədlərə çatmaqda inadkarlıq göstərir.
Türkiyə Suriyadakı maraqlarını ən çox Rusiya-İsrail ikilisinin maraqlarına inteqrasiya edib bundan maksimum fayda götürməyi qarşıya məqsəd qoyur. Qəribə görünə bilər, lakin Rusiya ilə İsrail Suriya münaqişəsində əks tərəfdə dayansalar da, onlar bəzi fəaliyyətlərdə bir-birinin hərbi aktivliyinə göz yumurlar, çünki Moskva ilə Təl-Əvivin münasibətləri yaxşı səviyyədə qurulub.

Ankara Rusiya ilə İsrailin maraqlarına ona görə yer verir ki, bu ölkələrlə müştərək addım atmaq üçün baza mövcuddur, amma Türkiyənin İranla ortaq bir nöqtəyə gəlməsi mümkünsüz görünür.
Birincisi, Türkiyə və İran islam dininin yayıcısı olsalar da, teoloji-məzhəb mövzularındakı kəskin fərqlər iki ölkəni bir-birindən uzaqlaşdırır. Türkiyə dünyəvi dövlət olsa da, xarici siyasət prioritetlərində islam amilini önə çəkir və hər hansı ölkədə dayaqlar yaradarkən bu faktordan ustalıqla istifadə edir. İran Türkiyənin hərbi qüdrəti, siyasi təsir dairəsi ilə bərabər, onun siyasi şiəliyə alternativ hərəkat formalaşdıra bilmək qabiliyyətindən çəkinir. Tehranın Ankaranı Suriyada və İraqda həzm etməməsinin səbəblərindən biri də bu motivlərə söykənir.
İkincisi, İran Suriyada kifayət qədər nüfuz dairəsinə sahibdir və onun məhdud zonaya sıxışdırılması Tehranın məğlubiyyətinə, Türkiyənin və İsrailin qələbəsinə yol açar, bu mənada Tehranın narahatlıq notları anlaşılandır.
Suriyada həyəcanlı fazanı İran-ABŞ nüvə danışıqlarının bərpası ilə əlaqələndirmək zərurəti də yaranır. İranda hökumətin xarici siyasət üzrə qanadı ABŞ-la nüvə sazişini canlandırmağa meyil etsə də, İslam Respublikasındakı radikal hərbi-siyasi dairələr hakimiyyətin tövründən məmnun deyil. İran buna görə ABŞ-la hərbi konfliktdə maraqlıdır, elə ABŞ da. Lakin ABŞ-ın məqsədi İranı danışıqlar masasında başqa regionlardakı məğlubiyyətlərlə ram etmək, İranın məqsədi isə nüvə silahına sahiblənməkdir”.

Şayəstə

Previous Post

Suriyada ehtiraslar yenidən coşur: Raket atəşlərinin pərdəarxasındakı niyyətlər – TƏHLİL

Next Post

“Məktəblər təhsil vermir və biz bunu bilirik” – Nazirdən böyük etiraf

Bənzər yazılar

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

23 Sentyabr 2026 - 10:28

Həftənin əvvəlindən bəri Yaponiyaya təsir göstərən "Dujuan" tayfunu nəticəsində həyatını itirənlərin sayı doqquza yüksəlib. Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin...

Tramp süni intellektin adını dəyişdirir

Tramp süni intellektin adını dəyişdirir

23 Sentyabr 2026 - 10:13

ABŞ Prezidenti Donald Tramp "süni intellekt" (AI) termininin texnologiyanı "saxta" kimi göstərdiyini bildirib və bunun əvəzinə "super intellekt" ifadəsinin işlədilməsini...

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

22 Sentyabr 2026 - 20:51

ABŞ Hərbi Hava Qüvvələrinin "F-16" qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, insident barədə...

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50

Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam edir. Elchi.az xəbər verir...

Next Post
“Məktəblər təhsil vermir və biz bunu bilirik” – Nazirdən böyük etiraf

"Məktəblər təhsil vermir və biz bunu bilirik" - Nazirdən böyük etiraf

“Məktəblər təhsil vermir və biz bunu bilirik” – Nazirdən böyük etiraf

"Məktəblər təhsil vermir və biz bunu bilirik" - Nazirdən böyük etiraf

Son xəbərlər

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23
Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 11:15
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

23 Sentyabr 2026 - 10:52
Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37
DİM bu imtahanın nəticələrini elan etdi

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

23 Sentyabr 2026 - 10:36
Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

23 Sentyabr 2026 - 10:34
Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

23 Sentyabr 2026 - 10:28
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramını təsdiq edib

23 Sentyabr 2026 - 10:23
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

23 Sentyabr 2026 - 10:20
Tramp süni intellektin adını dəyişdirir

Tramp süni intellektin adını dəyişdirir

23 Sentyabr 2026 - 10:13
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında təhsildə süni intellektdən istifadəyə dair Memorandum imzalanıb

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında təhsildə süni intellektdən istifadəyə dair Memorandum imzalanıb

23 Sentyabr 2026 - 10:02
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

23 Sentyabr 2026 - 09:54
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

23 Sentyabr 2026 - 09:47
Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

23 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Sentyabr 2026 - 09:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.