"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

23 Sentyabr 2026 - 09:35
in İDMAN
FacebookVatsap

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır. Ötən illər ərzində Bakı Şəhər Halqası rekordların, gözlənilməz qələbələrin və dramatik finişlərin ünvanına çevrilərək çempionat təqviminin ən gözlənilməz traslarından biri kimi tanınıb. 2026-cı ildə isə Bakı yarışını gözlənilməz edən məqamlardan biri çempionluq uğrunda mübarizədir: mövsümün lideri Kimi Antonelli ən yaxın izləyicisini 81 xal qabaqlayaraq Azərbaycan Qran-Prisinə gəlir.

Bunu da oxuyun

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Bu barədə Elchi.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd olunub ki, bu il yarış həftəsonunun cədvəli də fərqli olacaq. Sərbəst yürüşlər cümə axşamı sentyabrın 24-də, sıralama turu cümə günü, əsas yarış isə şənbə günü sentyabrın 26-da keçiriləcək:

“Herman Tilkenin layihələndirdiyi Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə keçirilib. Həmin il mərhələ Avropa Qran-Prisi adlanırdı. 2017-ci ildən etibarən isə Bakı yarışı təqvimdə Azərbaycan Qran-Prisi adı ilə yer alır. Bu müddətdə yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış baş tutmayıb”.

Məlumata görə, Bakı Şəhər Halqasında bir dövrənin uzunluğu 6,003 kilometrdir. Pilotlar yarış zamanı 51 dövrə tamamlayaraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edirlər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Trasın ən məşhur hissələrindən biri İçərişəhər divarları boyunca uzanır. Səkkizinci döngədə yolun eni təxminən 7,6 metrədək azalır. Burada baryerlərin yaxınlığı pilotlara səhv etmək üçün demək olar ki, heç bir imkan vermir. Bakı trasının daha bir fərqli xüsusiyyəti isə onun start hissəsidir: poul mövqeyi ilə birinci döngədəki əyləcləmə nöqtəsi arasında cəmi 141 metr məsafə var:

“Bakı həm də bolidin sazlanması baxımından komandaların işini çətinləşdirən traslardandır. İçərişəhərdəki dar və yavaş döngələrdən sonra pilotları uzun və yüksək sürətli hissələr gözləyir. Buna görə komandalar döngələrdə lazım olan aerodinamik yüklənmə ilə düzlüklərdə yüksək sürət arasında düzgün balans tapmalıdırlar. Baryerlərin trasa yaxın olması isə hər bir səhvin qiymətini artırır.

Bakı trasında sürətin nə qədər yüksək ola biləcəyini 2016-cı ildə Valtteri Bottas göstərdi. Williams komandasında çıxış edən finlandiyalı pilot təxminən 378 km/saat sürətə çatdı. Bu göstərici bu günədək Formula 1 bolidinin yarış həftəsonunda qeydə aldığı ən yüksək sürətlərdən biri olaraq qalır.

Amma Azərbaycan Qran-Prisini fərqləndirən yalnız trasın quruluşu deyil. Yarışın ilk illərindən etibarən Bakı ayrı-ayrı yarışların nəticəsinə, bəzən isə çempionatın ümumi gedişinə təsir edən hadisələrin də şahidi olub. 2017-ci il Azərbaycan Qran-Prisi mövsümün ən yaxşı yarışı seçilib. Həmin yarışın ən çox xatırlanan anlarından biri Təhlükəsizlik Avtomobilinin arxasında Sebastyan Fettel və Lyuis Hemilton arasında yaşanan insident olub. Yarış ərzində 42 ötmə qeydə alınıb. Onuncu yerdən start götürən Daniel Rikkardo isə bütün hadisələrdən maksimum yararlanaraq Bakıda qələbə qazanıb.

Bir il sonra əsas hadisələrdən biri Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappen arasında yaşanıb. Yarış boyu bir neçə dəfə mövqe uğrunda mübarizə aparan komanda yoldaşları sonda toqquşaraq mübarizəni dayandırıblar. Daha sonra lider Valtteri Bottas trasdakı qalıqların üzərindən keçərək təkərini partladıb və finişə az qalmış qələbəni əldən verib.

2021-ci ildə də qalib sonadək bəlli olmayıb. Yarışa liderlik edən Ferstappenin yüksək sürətlə qəza etməsindən sonra yarış qırmızı bayraqlarla dayandırılıb. Restartda isə onun çempionluq uğrunda əsas rəqibi olan Hemilton birinci döngədə səhvə yol verib və nəticədə xalsız qalıb.

2024-cü ildə də mübarizə son dövrələrədək davam edib. Oskar Piastri uzun müddət Şarl Leklerin təzyiqi altında olsa da, liderliyi qoruyaraq Bakıda qalib gəlib. Sondan əvvəlki dövrədə isə Serxio Peres və Karlos Saynsın toqquşması hər iki pilot üçün yarışı erkən başa çatdırıb.

2025-ci il də hadisəsiz ötüşməyib. Sıralama turu qırmızı bayraqlara görə altı dəfə dayandırılıb və bununla Formula 1-də yeni rekord qeydə alınıb. Sessiya 1 saat 58 dəqiqə davam edib və 2024-cü ildə Bakıda keçirilən yarışdan daha uzun çəkib.

Bütün bunlar Bakı Şəhər Halqasının nə qədər gözlənilməz ola bildiyini göstərir. Burada poul mövqeyindən başlamaq belə qələbəyə zəmanət vermir. Uzun düzlük ötmə imkanları yaradır, Təhlükəsizlik Avtomobilinin trasa çıxması isə komandaların bütün planlarını bir anda dəyişə bilər.

Serxio Peres Bakı trasında 2021 və 2023-cü illərdə qalib gələrək Azərbaycan Qran-Prisini iki dəfə qazanan ilk pilot kimi tarixə düşüb. Maks Ferstappen isə 2022 və 2025-ci illərdə finiş xəttini birinci keçərək keçmiş komanda yoldaşının göstəricisini təkrarlayıb. Beləliklə, Bakıda onuncu yarış öncəsi hər iki pilotun hesabında iki qələbə var.

Şarl Leklerin Bakı statistikası isə fərqli məqamla seçilir. Ferrari pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Bakıda poul mövqeyini qazanıb. Ferstappen 2025-ci ildə bu seriyanı dayandırsa da, Lekler hələ də Bakı mərhələsində ən çox poul qazanan pilotdur. 2019-cu ildə qeydə aldığı 1:43,009 nəticə ilə yarışın ən sürətli dövrə rekordu da ona məxsusdur. Maraqlısı odur ki, Lerkler Bakıda qazandığı dörd poulun heç birini qələbəyə çevirə bilməyib. Bu nəticələr Bakı yarışının necə də gözlənilməz olduğunun daha bir sübutudur.

Bu dəfə Bakıya çempionatın lideri kimi Kimi Antonelli gəlir. Mercedes pilotu əvvəlki mərhələdə – Madriddə qalib gəlib və mövsümün ilk 14 yarışından səkkizini qələbə ilə başa vurub. Mövsümün sonuna doqquz mərhələ qalmış italiyalı komanda yoldaşı Corc Rasseli 81 xal qabaqlayır.

Antonelli üçün Bakı tanış trasdır. 2025-ci ildə italiyalı pilot burada sıralanmanı 4-cü pillədə başa vurub, yarışı da eyni nəticə ilə tamamlayıb. Bir il sonra isə Antonelli Azərbaycana çempionatın lideri kimi qayıdır”.

Bildirilib ki, digər maraqlı məqamlardan biri Ferstappen və Leklerin nəticələri olacaq: “Ferstappen qalib gəlsə, Azərbaycan Qran-Prisini üç dəfə qazanan ilk pilot olacaq. Lekler isə Bakıda növbəti poulunu qazanmaqla yanaşı, ilk dəfə ön sıradan başladığı yarışı qələbə ilə başa vurmağa çalışacaq.

Bu il Formula 2 yarışlarının formatı da fərqli olacaq. F2 Azərbaycan Qran-Prisinin yeganə dəstək seriyası olduğundan Bakı mərhələsi üçün proqram genişləndirilib. Cümə axşamı sərbəst yürüşdən sonra iki sıralama turu keçiriləcək. Cümə günü pilotlar əvvəlcə sprintdə, daha sonra ilk əsas yarışda mübarizə aparacaqlar. İkinci əsas yarış isə şənbə günü baş tutacaq. Formula 2-də bu format yalnız Bakı mərhələsində tətbiq ediləcək.

2026-cı il yarışı Formula 1-in Azərbaycandakı tarixində onuncu mərhələ olacaq. 2016-cı ildə Avropa Qran-Prisi adı ilə başlayan Bakı yarışı sonrakı illərdə Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində öz yerini tutub.

Əvvəlki doqquz il göstərib ki, Bakı yarışında vəziyyət bir neçə dövrə, bəzən isə bir döngə ərzində tamamilə dəyişə bilər. Dar küçələr, uzun düzlüklər və baryerlərin yaxınlığı pilotlara səhv üçün çox az imkan verir. İndi isə Bakı Şəhər Halqasında bu tarixə onuncu yarış əlavə olunacaq”.

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşırBakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır
Previous Post

Bu günün valyuta məzənnələri

Next Post

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Bənzər yazılar

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37

Futbol üzrə İspaniya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Ferran Torres milli komandanın düşərgəsini tərk edib. Elchi.az xəbər verir ki,...

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16

Portuqaliya Futbol Federasiyası (FPF) hücumçu Kristiano Ronaldo ilə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus arasındakı münasibətləri düzəltmək üçün strategiya...

“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38

“Fənərbaxça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib. Elchi.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq...

Next Post
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.