"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Qlobal informasiya məkanında reklam çoxaldıqca həqiqətə ayrılan yer daha da kiçilir. Reklamın strateji hədəfi isə şərti alıcı tərəfindən qəbul olunacaq konkret qərarın məzmununu həmin an yaşanacaq emosiyadan asılı etməkdir. Bu bəsit iqtisadi və psixoloji qanunauyğunluğu hər bir marketoloq çox yaxşı bilir. Şərti alıcının istehlakçı təfəkküründə “icraat” mexanizmi dərhal hərəkətə keçir. Belə ki, alıcının beyni artıq “niyə almalıyam?” deyil, “necə alım?” sualı ətrafında düşünməyə başlayır. Bu növ sosial-psixoloji qanunauyğunluqlar artıq siyasi münasibətlər sistemində də geniş şəkildə nəzərə alınır.

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O qeyd edib ki, mövcud kontekstin inkişafında populizm fenomeninin son dövrlər sürətlə yayılmasının əsl səbəblərini axtarmaq mümkündür. “Təsadüfi deyil ki, faktların siyasi münasibətlərə təsiri ildən-ilə azalır, əvəzində isə siyasətin emosiyalardan asılılığı dayanmadan artır. Hətta süni intellektin (AI) məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir. Yəni AI artıq emosiya istehsalı prosesində fəal şəkildə iştirak edir. Sözügedən tendensiya isə olduqca təhlükəlidir. Şübhəsiz ki, qeyd olunan təzahürlərin tendensiya halına çevrilməsində sosial şəbəkələrin payı böyükdür. Sosial şəbəkələrin adı çəkilən zaman, ilk növbədə, xatırlanan məfhum məhz blogerlikdir. Saxta məlumat və emosiya satan siyasi blogerlər, əslində, “kirli” siyasətlə məşğul olurlar. Çünki hər hansı fəaliyyət növü insanların siyasi baxış və qərarlarına təsir edə bilirsə, o zaman bu fəaliyyətin “siyasət” adlandırılması daha doğru olardı. Sadəcə, bu tip şəxslər məsuliyyətdən yayınmaq üçün özlərini “siyasi fəal” yox, məhz “bloger” kimi təqdim etməyə çalışırlar. Tarixə nəzər salsaq, təsadüfi və qeyri-peşəkar insanların kütləvi şəkildə siyasətlə məşğul olmaları dövlət və cəmiyyət üçün təhlükəli hesab edilən tendensiyaların yaranmasına gətirib çıxardığının şahidi olarıq. Sosial şəbəkələr isə həmin kütləviliyi təmin edən universal alətdir. Qlobal internet siyasəti yanlışlıqla əlçatan fəaliyyət növünə çevirir, yanlış həqiqətləri tirajlayan informasiya mənbələrinin sayı sürətlə artır”, – deyə politoloq bildirib.

Asif Adilin sözlərinə görə, sosial şəbəkə müəlliflərinin yaratdıqları mexanizmdə siyasət manipulyasiya ilə aparılır və internet istifadəçisi könüllü şəkildə təslim olaraq böyük oyunun alətinə çevrilir. Qlobal AI-ın iş alqoritmi isə elə qurulub ki, zamanla vətəndaşın düşünməyə ehtiyacı qalmır. Hazır düşünmə modelləri şəxslərin ictimai təfəkkürünə həkk olur. Bu cür proseslərdə emosional populizmin payı isə heç də az deyil.

Politoloq gedişatın populizm fenomeninin mutasiyasını qaçılmaz etdiyinə də diqqət çəkib. O deyib: “İnsanlar daha hazırlıqlı, daha məlumatlı və daha təcrübəli olduqları üçün populizm artıq, sadəcə, rəğbət qazanmaq üçün istifadə olunmur. Mutasiya keçirən radikal populizm nifrət qusur, düşmənçiliyi adi hala çevirir, ümidsizlik toxumu səpir, peşəkarlığı mənasızlaşdırır və ənənəvi dəyərlər sistemini eybəcər hala salır. Populizmin mutasiyası və kütləviləşməsi hətta az sayda qalmış intellektualları belə mühitə adaptasiya olmağa məcbur edir. Beləliklə, mutasiyaya uğramış populizm alternativ həqiqət yaradaraq insanları, sadəcə, aldatmır, o, qəbul olunan ənənəvi münasibətlər sistemini iflic edir. İnternet və sosial şəbəkələr fərdi məsuliyyət hissini tədricən itirir. Məsuliyyət hissi olmayan cəmiyyətdə isə sağlam münasibətlərin qorunması çox çətindir. Unutmayaq ki, məhz məsuliyyətli cəmiyyət milli identikliyin toxunulmazlığına və dayanıqlı inkişafa iddialı ola bilər”.

Previous Post

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

Next Post

Əhali kartla daha çox ödəniş edir

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post
Əhali kartla daha çox ödəniş edir

Əhali kartla daha çox ödəniş edir

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.