NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 24-də Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Görüş Ukraynaya tankların tədarükü ilə bağlı müzakirələr fonunda baş tutacaq.
Pistorius və Stoltenberqin də mətbuata açıqlama verəcəyi qeyd edilir.
Xatırladaq ki, yanvarın 20-də Almaniyada yerləşən Amerikanın Ramşteyn aviabazasında 50-yə yaxın ölkənin müdafiə nazirlərinin görüşü keçirilib və görüşdə Kiyevə gələcək hərbi yardım müzakirə olunub. İclasdan sonra Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, iştirakçılar hələ də Ukraynaya Almaniyanın “Leopard 2” tanklarının tədarükü ilə bağlı qərar qəbul etməyiblər.
Daha sonra, yanvarın 22-də Almaniyanın xarici işlər naziri Annalena Berbok elan edib ki, əgər Polşa Ukraynanı “Leopard” tankları ilə təmin edərsə, Almaniya etiraz etməyəcək.
Yeganə