"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

01 Fevral 2023 - 20:06
in SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Bu bizim hüquq sisteminin eybəcərləşdirilməsidir”

Bunu da oxuyun

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

“Mən əvvəllər də söyləmişdim ki, bir çox hallarda bəzi qanun layihələri hazırlanarkən konstitusiya ciddi şəkildə öyrənilmir”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinini birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “bəzən sərf edəndə deyilir ki, bu beynəlxalq təcrübədə var və s.”, – deyə vurğulayıb: “Ola bilsin ki, həmin təcrübənin olduğu ölklərdə onların konstitusiyası buna imkan verir. Məsələn, bizim ölkəmizdə konstitusiya imkan vermir ki, “fövqəladə mühit rejimi” yaradaq. Əvvəla, bu rejimdirsə, deməli ümumi rejimdən fərqli qaydalar olacaq. Burada mütləq hansısa insan hüquq və azadlıqlarının məhdudlaşdırılması yer alacaq. İkincisi 2-2.1-ci maddədə qeyd olunur; “sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranır”. Konstitusiyanın 112-ci maddəsində isə qeyd olunur; Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizotiyalar, böyük ekoloji və ya başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıqla müşaiyət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi və s. və il. Hörmətli Ziyafət Əsgərov desin ki, konstitusiyanın 112-ci maddəsində, yaxud fövqəladə vəziyyət haqqında qanunda belə bir hal nəzərdə tutulmadığı üçün biz buna görə fövqəladə mühit rejimi yaradırıq. Fövqəladə mühit nədir? Fövəqladə vəziyyət və fövəqaladə mühit sinonim sözlərdir. Mühit, vəziyyət, təhlükəsizlik mühiti, təhlükəsiz vəziyyət və s. Birincisi, bu rejim parlamentdən kənar tətbiq olunacaq. Əgər orada hansısa məhdudiyyətlər tətbiq olunmayacaqsa, o zaman bunun nə manası var? Yəni insan hüquq və azadlıqları məhdudlaşdırılmayacaqsa, o zaman bu rejimin tətbiqinin mənası nədən ibarət olur? Konstitusiyada qeyd olunub ki, lazımdırsa fövqəladə vəziyyət tətbiq olunmalıdır. Fövqəladə vəziyyət tətbiq olunanada şəraitdən, mühitdən asılı olaraq insan hüquq və azadlıqları məhdudlaşdırılmaya da bilər. Lazım deyil ki, mütləq məhdudlaşdırlsın. Amma bu parlamentdən keçməlidir, parlament buna nə dərəcədə zərurətin olduğunu müəyyənləşdirməlidir. Baxırıam ki, eyni məsələlərdir. Sadəcə, biz icra orqanına imkan veririk ki, fövqəladə mühit rejimi kimi bir şey eləsin. Özü də burada qeyd olunur ki, fövqəladə mühit rejimi fövqəladə vəziyyət demək deyil. Onda niyə biz bunu fövqəladə vəziyyət haqqında qanunla tənzimləyirik? Elə suallar var ki, sadə məntiqlə belə bunun izahı yoxdur. Mən hesab edirəm ki, bu qanun layihəsi gündəlikdən çıxarılmalıdır. Yaxud ciddi əsaslandırılsın və bildirilsin ki, konkret hansı hallarda bu tətbiq olunacaq. Necə ki, fövqəladə vəziyyət rejimi haqqında qanunda yazılıb ki, bu hansı hallarda tətbiq olunur. Onlar bir-bir sadalanmalıdır. Xahiş edirəm ki, Ziyafət müəllim onlardan heç olmasa birinin adını desin ki, bax, bu hallarda fövqəladə mühit rejimi tətbiq olunacaq. Özü də Ziyafət müəllim, rejimin ayrıca tənzimlənmə mexanizmi olmalıdır. Əgər ölkədəki mövcud ümumi rejimdən fərqli rejim tətbiq olunacaqsa, deməli mütləq hansısa məhdudyyətlər olacaq. Bax o fərqliliyi tətbiq ediriksə o zaman burada ali nümayəndəli orqan kimi parlamentin də iştirakı olmalıdır. Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qaldırılan məsələlərə cavab verib və səsləndirilən iradlarla razılaşmayıb. Qanun layihəsini əsaslandırmağa çalışıb. Qüdrət Həsənquliyev Ziyafət Əsgərovun cavabı ilə razılaşmayıb və “Ziyafət Əsgərov sağ olsun ki, bildiyi formada cavab verdi”,- deyə bildirib: “Əvvəla sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur. Elə o cəmiyyətin maraqlarına toxunur ki, biz, fövqəladə vəziyyət elan edirik. İkincisi Ziyafət müəllimin sadaladığı quş qripi, pandemiya və s. kimi məsələlərə gəlincə, 112-ci maddədə qeyd olunub ki, epidemiya zamanı fövqəladə vəziyyət elan olunur. Epidemiya da quş qripi, donuz qripi, koronavirus və s. ola bilər. Əgər o nəzarətdən çıxırsa, epidemiya halını alırsa, o halda fövqəladə vəziyyət tətbiq olunur. Özü də fövqəladə vəziyyət şəraitində vacib deyil ki, insan hüquq və azadlıqları mütləq məhdudlaşdırlılsın. Ölkədə, həqiqətən də elə bir hal yoxdur ki, konstitusiyanın 112-ci maddəsində ehtiva olunmasın. Əvvəla, rejim yaradılırsa onun tənzimlənməsi olmalıdır. Ona görə də, heab edirəm ki, buna heç bir formada ehtiyac yoxdur. Niyə biz, Qazaxıstandan, Rusiyadan nüumunə götürürük? Başqa vaxtlar özümüzü qərbin inkişaf etmiş demokratik, hüquqi dövlətləri ilə müqayisə etmişik. Gəlin Qərbi Avropa ölkələri ilə müqayisə aparaq. Hansı sivil, demokratik ölkədə belə bir şey var? Onsuz da icra hakimiyyəti hökumət orqanlarının səlahiyyəti var ki, hansısa problemlər yaransa cənab Prezident komissiya da yarada, icra orqanlarının səlahiyyətləri çərçivəsində konkret tapşırıqlar da verə bilər. Amma yeni fövqəladə mühit rejiminin yaradılmasına ehtiyac yoxdur. Ola bilsin ki, bu xoş niyyətlə yaradılır. Amma bu bizim hüquq sisteminin eybəcərləşdirilməsi və konstitusiyanın nəzərə alınmamasıdır”.

Previous Post

“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

Next Post

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

Bənzər yazılar

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı...

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və...

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul...

Parlamentin növbəti komitə iclası keçirilir

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

23 Sentyabr 2026 - 11:59

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək. Elchi.az-ın xəbərinə görə, bu barədə məsələ parlamentin İctimai birliklər və dini...

Next Post
“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

Son xəbərlər

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

23 Sentyabr 2026 - 17:04
“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55
Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48
Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33
Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

23 Sentyabr 2026 - 15:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.