Almaniya kansleri Olaf Şolts deyib ki, onun niyyətlərinə vaxtından əvvəl istefa vermək və ya Almaniya Nazirlər Kabinetinə etimad səsverməsi ilə bağlı Bundestaqa müraciət daxil deyil.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Son vaxtlar Almaniya mətbuatında kanslerin dəyişdirilməsi mövzusu aktiv şəkildə müzakirə olunur.
Hazırkı müdafiə naziri Boris Pistoriusun Şolts əvəz edəcəyi gözlənilir. Rəy sorğularının nəticələrinə görə, Almaniya vətəndaşlarının 60%-dən çoxu belə bir addımı dəstəkləyir.
Şolts bildirib ki, o getmək barədə düşünmür. Baxmayaraq ki, onun hərəkətlərinin düzgünlüyünə şübhə etdiyi vaxtlar olur.
Almaniyada müxalifət qüvvələri Olaf Şolzdan hökumətin dəyişdirilməsini və dövlət başçısı üçün növbədənkənar seçkilərin keçirilməsini israrla tələb edirlər.
Yeganə
Son şərhlər