“KİV-in Vaşinqtonun ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarmağı planlaşdırdığı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu bəyanatı yanvarın 24-də ABŞ Müdafiə Nazirliyi verib.
Pentaqonun sözçüsü bədnam xəbərlərin səhv və həqiqətə uyğun olmadığını vurğulayıb.
Bundan əvvəl Suriyada Əl-Ömər neft yatağının yaxınlığında yerləşən Amerika hərbi bazasına pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib. Eyni zamanda bazada bir neçə partlayış səsi eşidilib.
Media ABŞ hakimiyyətinin Suriyanın şimal-şərqində yerləşən Amerikanın “Hemo” hərbi bazasını boşaltmağa qərar verdiyini yazıb. Jurnalistlərin fikrincə, ABŞ-ın bölgədəki ən mühüm bazalarından birinin bağlanması qərarının səbəbi İraq müqavimət qüvvələrinin hücumları olub.
Yeganə