Rusiyanın xarici işlər naziri Sergey Lavrov dürüstlüyü və yüksək təhsil səviyyəsi ilə seçilir. Elchi.az xəbər verir ki, bunu Judging Freedom YouTube kanalına müsahibəsində Pentaqonun keçmiş analitiki polkovnik-leytenant Karen Kviatkovski deyib.
“Lavrov, əlbəttə ki, yaxşı məlumatlıdır. Lavrov çox dürüst insan təəssüratı yaradır, nəsə deyəndə sözlərini real vəziyyətlə, tarixlə, dünya hadisələri ilə əlaqələndirir”, – deyə o vurğulayıb.
Polkovnik-leytenant onu da vurğulayıb ki, Amerikanın dövlət katibi Entoni Blinken belə deyil. Kviatkovski qeyd edib ki, Blinken heç də həmişə yaxşı hazırlaşmır və jurnalistlərin suallarını düzgün cavablandıra bilmir.
Polkovnik-leytenantın sözlərinə görə, Amerika dövlət katibinin davranışı belə bir çıxışı görən bütün dünyanın ABŞ haqqında nə düşünəcəyi ilə bağlı narahatlıq yaradır. Kviatkovski qeyd edib ki, bu, Blinkenin zəifliyinə işarədir.
Havar Şəfiyeva