“Bu gün Rusiya ilə ABŞ arasında münasibətlər aşağı səviyyədədir, praktiki olaraq yoxdur, sadəcə səfirliklərin işi ilə bağlı “yorucu” dialoq var”.
Elchi.az Tass.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya Federasiyasındakı diplomatik nümayəndəliklərimizin fəaliyyət şəraiti və onların diplomatlarının işini müzakirə etməkdən başqa, praktiki olaraq heç bir əlaqə yoxdur”, - deyə rusiyalı diplomat bildirib.
Lavrov həmçinin xatırladıb ki, diplomatların Moskva və Vaşinqtondan qovulması hələ 2016-cı ildə Barak Obamanın prezidentliyi dövründə qarşılıqlı əsasda başlayıb.
Yeganə