Şimali Koreya Cənubi Koreya və ABŞ arasında keçirilən hərbi təlim zamanı iki yer-yer raketi atdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Cənubi Hvanqhae bölgəsindən atılan iki orta mənzilli raket Şimali Hamqyonq bölgəsindəki hədəfi birbaşa zərbə ilə vurub.
Şimali Koreya hərbi mənbələri “Ordumuz partiyanın inqilabi siyasətinə sadiq qalaraq istənilən vəzifəni yerinə yetirməyə qadirdir” deyib.
Sınaqların Cənubi Koreya və ABŞ-ın təşkil etdiyi “Azadlıq Qalxanı” təlimi davam edərkən aparılması diqqət çəkib.
Cənubi Koreya və ABŞ-ın dünən başladığı təlimin martın 23-dək davam edəcəyi gözlənilir.
Cənubi Koreyanın təlimlə bağlı bəyanatında deyilir: “Bu, Cənubi Koreyanı Şimalidən mümkün təcavüzə qarşı müdafiə etmək üçün nəzərdə tutulmuş birgə əməliyyat planına əsaslanan təlimdir”.
Şayəstə