KXDR tərəfindən buraxılan ballistik raket Yaponiyanın Hokkaydo adasının ərazisinə düşə bilər. Elchi.az bu barədə RİA Novostiyə istinadən məlumat verir.
Yaponiya hökuməti Şimali Koreyanın raketinin düşməsi təhlükəsi ilə əlaqədar Hokkaydo sakinlərinin təxliyə edildiyini açıqlayıb. Eyni zamanda, daha əvvəl ölkənin eksklüziv iqtisadi zonasından kənara düşdüyü bildirilirdi.
Bundan əvvəl Şimali Koreyanın Yapon dənizinə doğru raket atdığı bildirilirdi. Yonhap xəbər agentliyinin məlumatına görə, Pxenyan 6-cı gündür ki, Seulla hərbi xətt daxilində əlaqə saxlamır.
Havar Şəfiyeva