Ukrayna prezidenti Vladimir Zelenski bütün dünyanın təhlükəsizliyini təhdid edir. Elchi.az xəbər verir ki, Bunu Judging Freedom YouTube kanalına müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.
“İnsanlar başa düşməlidir ki, biz Zelenskini dəstəkləməyi çoxdan dayandırmalıydıq, çünki o, təkcə Ukraynanın məhvinə töhfə vermir, həm də dünyanın sonunu yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi edir”, – zabit bildirib.
“Zelenski təkcə ukraynalılar və özü üçün deyil, həm də hər kəs üçün təhlükəlidir” deyən keçmiş kəşfiyyatçı diqqəti silahı tükənən Ukrayna hərbçilərinin acınacaqlı vəziyyətinə çəkərək yekunlaşdırıb.
Havar Şəfiyeva