Dünyanı bürüyən müharibələr milyonlarla insanı didərgin salır. Məcburi köçün ən ağır yükünü uşaqlar daşıyır. Beynəlxalq təşkilatlar öz hesabatlarında müşayiət olunmayan uşaq miqrantların vəziyyətini əks etdirir.
Elchi.az xəbər verir ki, müharibələr və iqtisadi səbəblərdən miqrasiya etməyə məcbur olan insanların sayı hər il artsa da, bu vəziyyət ən çox uşaqları qurban verir.
Hər cür təhlükəyə məruz qalan minlərlə uşaq köç yolunda həyatını itirir. Ailəsini yolda itirən bir çox uşaq qaçqın düşərgələrində tək qalır. Beynəlxalq təşkilatlar tərəfindən “müşayiətsiz yetkinlik yaşına çatmayanlar” kimi təsnif edilən mühacirlər də cinayət təşkilatlarının hədəfindədir. Müşayiətsiz uşaqlarla bağlı son məlumatlar və inkişaflar qeyri-qanuni miqrasiyanın hədəfi olan Türkiyə və Yunanıstandakı qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabatlarda öz əksini tapıb. Bilgi Universiteti Uşaq Araşdırmaları Birliyinin təşkil etdiyi tədbirdə Dr. Mənsur Seyitoğlu Türkiyədəki uşaq mühacirlərlə bağlı məlumatları paylaşarkən; Yunanıstanın Milli Uşaq Müdafiəsi Agentliyi aprelin əvvəlinə qədər Egey və Aralıq dənizi üzərindən gələn müşayiətsiz uşaqlarla bağlı son hesabatını açıqlayıb.
Şayəstə Hüseynova