İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda 8 fələstinlinin öldüyü, ən azı 30 nəfərin yaralandığı bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri Nuseyrat Qaçqınlar Düşərgəsindəki Es-Sultan məhəlləsindəki bir evi hədəf alıb. Hücumda biri körpə də daxil olmaqla 4 fələstinli həyatını itirib.
Düşərgədəki başqa bir evə edilən hücumda 4 fələstinli ölüb, ən azı 30 nəfər yaralanıb.
Şayəstə Hüseynova