ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dünya müharibəsi təhlükəsi barədə növbəti dəfə xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, o, hu barədə Fox Nevs-a müsahibəsində danışıb.
Tramp yenidən üçüncü dünya müharibəsi riskindən danışıb və ABŞ hakimiyyətinin səriştəsizliyinin yeni münaqişə təhlükəsi yaratdığını vurğulayıb. Onun fikrincə, indi bəşəriyyət tarixin ən təhlükəli dövrünü yaşayır. O əlavə edib ki, onun narahatlığı həm də nüvə silahının mümkün istifadəsi ilə bağlıdır.
“Silahlanmaya görə indi ölkəmizin tarixində və dünya tarixində ən təhlükəli dövrdür. Rəhbərliyimizdə isə səriştəsiz bir insan var”, – deyə ABŞ-ın eks-prezidenti yekunlaşdırıb.
Havar Şəfiyeva