Latviyanın Müdafiə Nazirliyi öz hərbçilərinin Ukraynada olduğunu təsdiqləyib, lakin onların hərbi əməliyyatlarda iştirak etmədiklərini bəyan edib. Elchi.az bu barədə RİA Novostiyə istinadən yazır.
Nazirlikdə qeyd edildiyi kimi, Latviya müəyyən dəstək funksiyalarını yerinə yetirmək üçün Ukraynaya əsgər göndərib. hərbçilər başqa şeylərlə yanaşı, ölkənin Kiyevdəki səfirliyini, eləcə də yükləri qoruyur. “Lakin hərbçilər Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmirlər”, – departament vurğulayıb.
Bundan əvvəl Latviya və Ukrayna prezidentləri Egils Levits və Vladimir Zelenski Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstək haqqında birgə bəyannamə imzalayıblar. Zelenski bildirib ki, NATO yalnız Ukraynanı öz üzvləri sırasına qəbul etdikdən sonra Avropanın və ittifaqın ümumi dəyərlərinin həqiqətən güclü müdafiəçisi olacaq.
Havar Şəfiyeva