"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Senator gözəlçələrə dövlət adından viza göndərirmiş – SENSASİON DETALLAR

27 Avqust 2023 - 17:35
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Amerika ermənilərin dayağı yenidən korrupsiyada ittiham olunur

Bunu da oxuyun

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“The New York Post” sıradan bir qəzet deyil. Bu qəzetin əsası 1801-ci ildə Amerikanı dövlət kimi inşa edən kişilərdən bir olan Alexander Hamilton tərəfindən qoyulub. Hazırda nüfuzuna görə ABŞ-ın dördüncü qəzeti sayılır.


“The New York Post” qəzətində “Sen. Bob Menendez’s wife sold $400K in gold bars months before his office admitted he was facing federal probe” (Sen. Bob Menendezin arvad 400 min dollar qızıl külçə satıb, satış onun ofisinin federal araşdırma ilə üzləşdiyini etiraf etməsindən aylar əvvəl həyata keçirilib) adlı məqalə ilə çıxış edib. Məqaləyə keçməmişdən öncə bir-iki məsələyə aydınlıq gətirək: Demokrat senator Robert Menendez (Bob Menendez) kimdir? 1954-cü ildə doğulan bu siyasətçi 2006-cı ildən ABŞ Senatının üzvüdür. Türkiyə və Azərbaycanda türk düşməni kimi tanınır. Bəs onun 400 min dollarlıq qızıl külçəsi satan arvadı kimdir? Bu sualın cavabı xüsusi ilə önəmlidir. Belə ki, senator 2020-ci ildə erməni əsilli Nadine Arslanianla rəsmən evlənib. 1976-cı ildə-gənc vaxtlarında cənab Menenedez Jane Jacobsenla evli olub. Bu evlilikdən onun 2 uşağı var. O, birinci xanımından 2005-ci ildə ayrılıb. Ən önəmlisi isə odur ki, Senatın Xarici Əlaqələr komitəsinin sədri olan Bob Menendez Nadine Arslanianla evləndikdən sonra türklərə düşmən kəsilib. Ermənilərin ən güclü lobbi təşkilatı kimi tanınan Amerika Erməniləri Milli Komitəsinin sevimlisinə çevrilib. Hazırda da Bob Menendez özü kimi ermənilərə nökərçilik edən senatorları başına yığaraq Laçın yolunun dəhliz statusunda açılması üçün Amerikadan Azərbaycana təzyiq göstərməsini tələb edir. Dediyi odur ki, Amerika Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırsın, hərbi yardım ayırmadığı Ermənistana maliyyə dəstəyi versin. Təbii ki, Rusiya və İrana dost olan Ermənistana ABŞ elə bir dəstək vermək fikrində deyil. Senatorun ən böyük arzusu isə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlıdır. Bu isə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının yasaqlanması deməkdir. 907-ci düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra (Əl-Qaidənin Amerikaya silsilə terror hücumları) Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerikaya dəstəyini təmin etmək məqsədilə oğul Corc Buş tərəfindən donduruldu. Maraqlıdır ki, 907-ci düzəliş ata Corc Buş dönəmində qüvvəyə minmişdi.

Onu da deyim ki, “The New York Post” qəzəti, elə digər Amerika nəşrləri də Bob Menendez rüşvətxorluqda mütəmadi şəkildə ittiham edib. Ancaq bu qəzet ilk olaraq bu məsələni gündəmə gətirib. Məsələn, 2018-ci ilin 6 oktyabrında “The New York Post” qəzeti yazmışdı ki, “ShamelesslyCorruptMenendez.com” veb-saytı (bu saytın adı xüsusi ilə önəmlidir. Təxminən belə tərcümə oluna bilər: Utanmaz və ya həyasız korrupsioner Menedes.com saytı) seçicilərinə bildirir ki, Nyu Cersi ştatından iki dəfə senator seçilən cənab Menedez 2017-ci ildə rüşvət almaqda ittiham olunur və federal korrupsiya məhkəməsi ilə üzləşib. Bob Menedez fırıldaqçı dostu Salomon Melgen ilə cinayət əlaqəsində olduğu məhkəmələrdə dəfələrlə araşdırılıb. Prokurorlar iddia edirdilər ki, Melgen bir neçə il ərzində yaşlı xəstələri lazımsız göz müalicələrindən keçməyə razı salaraq “Medicare”-dən 73 milyon dollar, bəzi mənbələrdə isə 128 milyon dollar oğurlayıb. Gördüyünüz kimi, söhbət ciddi məbləğdən gedir. Salomon Melgen Amerikada Demokratlar Partiyasına ianə edən iş adamı kimi tanınır. Cənab Melgenin 2012-ci ildə Menendezin yenidən seçilməsinə kömək edə biləcək qurumlara 660 min dollar ianə verib. Cənab Menendezin uçuşlarının pulunu ödəyib. Onun aldığı bahalı hədiyyələrin hesabını bağlayıb. O cümlədən Paris otelinə 4934 dollar ödəyib. Donlad Tramp dönəmində o, 17 il müddətinə həbs olunsa da az sonra yenidən azadlığa çıxıb.

Ümumiyyətlə, Amerikanın konqresmenləri də, senatorları da açıq şəkildə müxtəlif iş adamlarından pul alırlar və bunun müqabilində onların maraqlarının müdafiəçisinə-lobbi xidmətçisinə çevrilirlər. Bu məsələnin mahiyyətini başa düşmək üçün mərhum Heydər Əliyevin bir açıqlamasına diqqət etməkdə fayda var. 4 oktyabr 1998-ci ildə “The New York Times” qəzetinin müxbiri Cefri Qoldberqin Amerikada səfərdə olan Azərbaycan prezidentinə belə bir sual verir: “Amerikada korrupsiyanın hansı növünü görürsünüz?” Heydər Əliyev bu suala tarixi bir cavab verib: “Konqresmenlərdən soruşuram ki, Ermənistanla niyə belə yaxın münasibətləriniz var və onlar deyirlər ki, erməni diasporu bizə çoxlu pul verir. İndi bu, korrupsiyadır, ya yox?”

“The New York Post” qəzetində yuxarıda adını çəkdiyimiz məqalədə də söhbət məhz bu kimi məsələlərdən gedir. Bəllidir ki, cənab Menendezin erməni xanımı Nadine Arslanian ictimaiyyətə bir müddət özünü biznes-ledi kimi təqdim edib. Ancaq bu məqalədən aydın olur ki, Nadine Arslanianın maliyyə durumunda müəyyən problemlər var: “Qızıl külçələrin satışı 2020-ci ildə Menendezlə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girov qoyulması ilə üzləşdiyi bildirilən Arslanian üçün əlamətdar maliyyə dönüşü oldu. Ancaq bu cütlük münasibətlərinin başlanğıcından bir neçə ay sonra yeni ailə Federal Təhqiqat Bürosunun istintaq araşdırmalarının mərkəzində yer aldı”.

“Məlumatlara görə, Manhetten federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində avtomobil və Vaşinqtonda mənzil də daxil olmaqla bildirilməyən lüks hədiyyələr alıb-almadığını bilmək istəyir.

İstintaq ikinci dəfədir ki, korrupsiya iddialarına görə federal orqanlar tərəfindən təhqiqat aparır. Bob Menendesa ilə bağlı uzun müddət davam edən Nyu Cersi ştatında aparılan istintaq 2011-ci ildə heç bir ittiham irəli sürülmədən başa çatdı”.

Sözügedən məqalənin müəllifi olan Isabel Vincent 1965-ci ildə Kanadada doğulub. Araşdırmaçı jurnalist kimi tanınır. 5 kitabın müəllifi olan jurnalist yazır ki, Bob Menendez Dominikan əsilli dostu Salomon Melgenin gözəlçə qız dostları üçün viza düzəldib. Bu vizalar əsasında Braziliya, Ukrayna və Dominikan Respublikasıından olan gözəlçələr Amerikaya gələ bilib. Bob Menendezin senatdakı ofisinin 6 əməkdaşı bu işlə məşğul olub. Viza alanlar arasında ukraynalı aktrisa və model Svitlana Buçik də var.

Dostunun şəxsi təyyarəsindən həvəslə istifadə edən Bob Menendez haqqında Arslanian dedikləri də maraqlıdır: “O, çox ağıllıdır. Yüksək yumor hissi var və çox, özü də lap çox hərarətlidir”.

Məqalədə deyilir ki, növbəti beş ayda onlar dörd qitəni ziyarət etdilər və oktyabr ayında o, konqres nümayəndə heyətinin tərkibində nişanlısını da Hindistana səfərə apardı.

Boşanmış Menendez mükəmməl bir təklif verdi: Arslanyan Tac Mahalın qarşısında prinsessa Diananın 1992-ci ildə oturacaqda oturarkən o, “Never Enough” mahnısını ifa etdi. O, 2017 ildə çəkilmiş “Ən Böyük Şoumen” filmindəki mahnını oxuyaraq və əlində tutduğu üzüklə Nadine Arslanianın qarşısında diz çökdü və ona evlilik təklif etdi. Gördüyünüz kimi, senator əsl centlmendir…

“The New York Times” isə xəbər verir ki, senator nişanlısının maliyyə problemləri ilə mübarizəyə başlayır. Belə ki, erməni xanım 2014-cü ildə ipoteka ilə aldığı mənzilin aylıq haqqı olan 1.897 dolları ödəməkdə çətinlik çəkirdi. Yəni bu xanımın biznes-ledi olması söhbəti də uydurmadan başqa bir şey deyilmiş.

Məqalədəki bu məqam isə bizim üçün xüsusi maraq kəsb edir. Nadine Arslanian 2020-ci ildəki çıxışlarının birində deyir ki, o, Menendez üzərindən Senatı 1915-ci il erməni soyqırımının tanınması üçün təkan verməyə təşviq edib.

Məqalədəki bu fakt da cənab Menendezin anti-türk fəaliyyətindən xəbər verir. Belə ki, o, yunan Kiprinin cənub-qərb hissəsində yerləşən Pafos şəhərinin fəxri vətəndaşı elan olunub. Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir. Erməni xanımla eşq macəraları yaşayan senator üçün bu şəhərin mifik keçmişi də cəlbedici görünür…


Elbəyi Həsənli, Sürix

Previous Post

Senator gözəlçələrə dövlət adından viza göndərirmiş – SENSASİON DETALLAR

Next Post

Ordumuzun zabiti vəfat etdi

Bənzər yazılar

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00

Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...

Next Post
Ordumuzun zabiti vəfat etdi

Ordumuzun zabiti vəfat etdi

Ordumuzun zabiti vəfat etdi

Ordumuzun zabiti vəfat etdi

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.