Sandu: ölkə tarixdə ilk dəfə olaraq bir qaz təchizatçısından asılı deyil

74

Siyasətçi qeyd edib ki, energetika sektorunda çətinliklər digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə ilə bağlıdır.
Elchi.az xəbər verir ki, Moldova tarixdə ilk dəfə olaraq qaz təchizatında bir mənbədən asılı deyil, prezident Maia Sandu Avronest Parlament Assambleyasının iclasında deyib.
“Hökumət əhalinin ən həssas təbəqələrinə kompensasiya və maliyyə dəstəyi verdi. Qərb tərəfdaşlarımız bizə Enerji Zəifliyi Fondu kimi proqramları maliyyələşdirməyə kömək etdilər. Moldova tarixdə ilk dəfə təbii qaz ehtiyatlarının tək mənbəsindən asılı deyil”.
Moldova liderinin sözlərinə görə, energetika sektorundakı çətinliklərə, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə səbəb olub, çünki bu, Moldova əhalisini daha yoxsul və çətinliklər qarşısında daha həssas edib.

Şayəstə