“Rusiya 2021-ci ilin sonunda Ukrayna ərazisində münaqişənin böyüməsinin qarşısını almaq üçün cəhdlər etdi, lakin bu, Vaşinqtonun planlarının bir hissəsi deyildi”.
Elchi.az xəbər verir ki, bu sözləri amerikalı iqtisadçı Ceffri Saks “Horizons” müzakirə konfransı zamanı deyib.
“2021-ci ilin sonunda Co Bayden prezident olanda Vladimir Putin amerikalılara xəbərdarlıq etdi ki, onlar artıq çox irəli gediblər”, – ekspert xatırladıb.
O, həmçinin əlavə edib ki, Rusiyanın tələbləri NATO-nun genişlənməsini dayandırmaq, eləcə də ABŞ-ın zərbə endirmək mümkün olduğu sərhədlərə silah tədarükünü dayandırmaqdır”.
İqtisadçı nəticə etibarı ilə hesab edir ki, 2014-cü ildə Rusiya ilə Ukrayna arasında münaqişəni yaradan Vaşinqton olub.
Yeganə