Keniyada ilk Ebola virusuna yoluxma halının aşkarlanmasından sonra 108 nəfər karantinə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Eyden Dualeyə istinadən “Daily Nation” qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə, hakimiyyət orqanları xəstə ilə təmasda olmuş 122 nəfərin şəxsiyyətini müəyyənləşdirib. Onlardan 108-i həkim nəzarəti altında karantindədir və hələlik heç birində xəstəlik simptomları aşkarlanmayıb. Digər təmasda olan şəxslərin axtarışı davam etdirilir.
Səhiyyə naziri ölkədə yeni yoluxma halının qeydə alınmadığını bildirib. Ümumilikdə ehtimal olunan 289 müraciətlə bağlı 293 nümunə müayinə edilib və yalnız əvvəlcədən məlum olan halda müsbət nəticə alınıb.
Məlumata görə, gücləndirilmiş epidemioloji nəzarət çərçivəsində 26 sərhəd-keçid məntəqəsində 667 mindən çox sərnişin yoxlanılıb. Beş tibb müəssisəsində 241 çarpayı hazırlanaraq operativ cavab qruplarının sutkalıq növbətçiliyi təşkil olunub.
Duale vurğulayıb ki, ölkədə səfərlərə, ticarətə və kütləvi tədbirlərə heç bir məhdudiyyət tətbiq edilmir, hava limanları və sərhəd məntəqələri adi rejimdə fəaliyyətini davam etdirir.
Məryəm




















