Donald Tramp administrasiyası Kiyevin Rusiyanın energetika infrastrukturuna zərbələrini dayandırmaq məqsədilə Ukrayna üçün Amerika silahlarının satınalma mexanizmini və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələyir.
Elchi.az xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton Ukrayna üçün nəzərdə tutulan PURL proqramı çərçivəsində silah tədarükünü donduracağını bildirib. İddia olunur ki, bu addım Kiyevi Rusiyanın neft emalı zavodları və enerji obyektlərinə hücumları dayandırmağa məcbur etmək məqsədi daşıyır.
Məryəm





















