Rusiya qoşunları Odessa vilayətinin cənub hissəsində poçt operatorunun loqistika obyektinə zərbə endirib.
Elchi.az xəbər verir ki, nəticədə binanın fasadı, şüşələri və avadanlıqlar zədələnib. Xəsarət alan yoxdur.
“Hadisə yerində fəsadların aradan qaldırılması işləri davam edir. Bütün müvafiq xidmətlər cəlb olunub”, – deyə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Kiper bildirib.
Məryəm





















