Avropa İttifaqının yeni sanksiya paketi Rusiyanın hərbi-sənaye kompleksinə, xüsusilə də raket istehsalına qarşı yönəlmiş məhdudiyyətləri əhatə edəcək.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, məhdudlaşdırıcı tədbirlər üç il müddətində qüvvədə olacaq. Oktyabrın 12-də Lüksemburqda bir araya gələn Aİ ölkələrinin xarici işlər nazirləri rusiyalı turistlərə və keçmiş hərbçilərə vizaların verilməsinin məhdudlaşdırılması, həmçinin rusiyalı diplomatların ittifaq daxilində sərbəst hərəkətinin məhdudlaşdırılması planlarını nəzərdən keçirməyə davam edəcəklər.
Nəşr qeyd edir ki, Aİ rəhbərliyi yeni sanksiyalar paketinə təxminən 1600 fiziki və hüquqi şəxsi daxil etməyi planlaşdırır.
Məryəm





















