Elchi.az xəbər verir ki, Rusiya alüminiumu ABŞ idxalının təxminən 10%-ni təşkil edir.
ABŞ bu həftə Rusiya alüminiumuna 200 faizlik rüsum tətbiq etməyi düşünür. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Nəşr bildirir ki, bu tədbir “bu metalın Rusiya Federasiyasından ABŞ-a idxalının demək olar ki, tamamilə dayandırılmasına” gətirib çıxaracaq. Bloomberg onu da aydınlaşdırır ki, Rusiya alüminiumu ABŞ idxalının təxminən 10%-ni təşkil edir.
Ötən il ABŞ administrasiyası Rusiyadan alüminium tədarükünə tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirirdi. O zaman qeyd edilmişdi ki, belə bir addım qlobal alüminium bazarı üçün geniş təsirlərə malik olacaq, potensial olaraq ABŞ və başqa yerlərdə istehlakçıları əvəzedici metal tapmağa tələsməyə məcbur edəcək.
Media onu da yazıb ki, Rusiya ağır sənaye sahələrinin əksəriyyəti üçün həlledici olan Çindən sonra dünyanın ikinci ən böyük alüminium istehsalçısıdır.
Şayəstə