Şahzadə Harri Əfqanıstanda 25 üsyançını öldürdüyünü etiraf etdiyinə görə həm Taliban, həm də Britaniya ordusu tərəfindən tənqid atəşinə tutulub, onun bu hərəkəti vətənə xəyanət kimi qiymətləndirilib.
Elchi.az bu barədə New.am-a istinadən xəbər verir.
Ehtiyatda olan polkovnik Tim Kollinz Forces bildirib ki, Harrinin açıqlamaları onun keçmiş həmkarlarına xəyanətdir:
“İndi Harri başqa ailəyə, bir vaxtlar onu qəbul edən hərbçilərə qarşı üsyan etdi. Maraqlıdır, o, hansı yolu seçib? Sonda onun ehtiyacı olmayan var-dövlət dalınca getməsində, çox ehtiyacı olduğu ailə və dostluqdan imtina etməsində ancaq ümidsizlik və iztirab görürəm”.
Yeganə