Səudiyyə Ərəbistanı Yəmənin “Ənsar Allah” (husilər) qiyamçı hərəkatının hücumuna məruz qalmış “Şərq-Qərb” neft kəməri vasitəsilə ixracı bərpa edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Saudi Aramco” dövlət şirkəti xaricə göndərilməsi üçün neftin vurulmasına başlayıb. Qeyd olunur ki, neft kəmərinin yenidən işə salınması ölkəyə Hörmüz boğazından yan keçən alternativ ixrac marşrutuna çıxışı bərpa edəcək.
Məryəm





















