Aİ Ukrayna üçün hərbi təlim missiyasının (EUMAM UA) mandatını 2028-ci ilin noyabrına qədər uzadıb və əsgərlərin hazırlığını sürətləndirmək üçün iki təlim mərkəzini bərpa etmək niyyətində olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas birliyin müdafiə nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Aİ ölkələri Ukrayna üçün hərbi təlim missiyasının iş təcrübəsinin strateji öyrənilməsinin birinci mərhələsinə başlamaq barədə razılığa gəliblər və onun mandatını iki il müddətinə uzadıblar”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu, həmçinin Kiyevdə “Ukraynadakı döyüş əməliyyatları təcrübəsinin öyrənilməsi və yeni əsgərlərin təlimində istifadə olunması üzrə koordinasiya mərkəzinin” yaradılmasını nəzərdə tutur.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Aİ yeni əsgərlərin hazırlanmasını sürətləndirmək üçün Ukraynadakı iki təlim mərkəzini təcili qaydada bərpa etmək niyyətindədir. Buna vəsaiti Almaniya, Niderland, Danimarka, İrlandiya və Lüksemburq ayırıb.
Məryəm





















