"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Səlim Müslümov istintaqda verdiyi ifadələri təsdiq etdi

26 Dekabr 2022 - 18:34
in CƏMİYYƏT
FacebookVatsap

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bunu da oxuyun

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

Elchi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasa bir şahid gəlib. Prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsində məsləhətçi işləmiş Anar Bayramov ifadə verib. Şahid məhkəmədəki ifadəsində bir neçə rayonda yoxlamalar keçirdiyini, aşkar olunmuş nöqsanlar barədə işlədiyi şöbənin rəis müavini Nizami Xanlarova məlumat verdiyini deyib.

Anar Bayramov işində nöqsan aşkar olunmuş şəxslərdən rüşvət alınması ilə bağlı epizod üzrə danışmayıb.

Bundan sonra hakim Faiq Qəniyev sərbəst ifadə vermək üçün Səlim Müslümova söz verib.Sabiq nazir geniş ifadə vermək istəməyib. O, konkret olaraq ibtidai istintaq dövründə verdiyi bütün ifadələri təsdiq etdiyini deyib.

Məhkəmədə iş üzrə şahid qismində tanınmış 334 nəfərdən 70 faizinin dindirildiyi elan olunub.

Müdafiə tərəfi dindirilmiş şahidlərin kifayət etdiyini, digərlərinin əvvəlki ifadələrinin elan olunmuş hesab edilməsini istəyiblər.

Prosesə sədrlik edən hakim qeyd edib ki, cinayət işində adı keçən bəzi şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər. Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib. Bundan əlavə, “Göyqurşağı” MMM tərəfindən aparılan işlər zamanı dövlətə dəymiş 1 milyon 577 min manatın da ödənildiyi elan olunub.

Hakim istintaqın yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib.

Prokuror məhkəmədən vaxt istəyib.

Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib.

Tərəflər hazır olarsa, proses dekabrın 30-da davam etdiriləcək.

Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

İbtidai istintaq dövründə cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manat ziyanının 20 milyonunu ödənib.

 

Previous Post

Səlim Müslümov istintaqda verdiyi ifadələri təsdiq etdi

Next Post

Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu

Bənzər yazılar

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

14 Sentyabr 2026 - 14:30

Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq. Bu barədə Elchi.az-a "Azərbaycan Dəmir Yolları"ndan (ADY) məlumat verilib. Bildirilib ki, yeni...

Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

14 Sentyabr 2026 - 12:54

"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Elchi.az bu barədə quruma istinadən xəbər...

Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

14 Sentyabr 2026 - 12:38

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlər həyata keçirir....

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

14 Sentyabr 2026 - 12:29

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Köməksiz vəziyyətdə qalan vətəndaşların xilas edilməsi” mövzusunda təlim...

Next Post
Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu

Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu

Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu

Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu

Son xəbərlər

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR – vaxt qısalır

14 Sentyabr 2026 - 14:30
Hakan Fidan Azərbaycana səfər edəcək

Hakan Fidan Azərbaycana səfər edəcək

14 Sentyabr 2026 - 14:14
Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

14 Sentyabr 2026 - 14:07
Almaniyada benzinin qiyməti rekord həddə yüksəlib

Almaniyada benzinin qiyməti rekord həddə yüksəlib

14 Sentyabr 2026 - 14:00
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

14 Sentyabr 2026 - 13:30
DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

14 Sentyabr 2026 - 13:14
İran Avstriyaya etirazını bildirib

İran Avstriyaya etirazını bildirib

14 Sentyabr 2026 - 13:00
Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

14 Sentyabr 2026 - 12:54
Koçaryana görüş qadağası qoyulub

Koçaryana görüş qadağası qoyulub

14 Sentyabr 2026 - 12:49
Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

14 Sentyabr 2026 - 12:38
FHN-in Aran Regional Mərkəzi təlim keçirib

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

14 Sentyabr 2026 - 12:29
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

14 Sentyabr 2026 - 12:25
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

14 Sentyabr 2026 - 12:21
Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

14 Sentyabr 2026 - 12:19
Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

14 Sentyabr 2026 - 12:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.