Pakistanın Xarnay şəhərində (cənub-qərbdə yerləşən Bəlucistan əyaləti) kömür mədənində qaz partlayışı nəticəsində dörd şaxtaçı həlak olub, beşi isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, partlayışdan sonra beş şaxtaçı yerin altında mahsur qalıb. Onlar Pakistan hərbçiləri tərəfindən xilas edilib.
Yaralılar Kvetta şəhərindəki xəstəxanalara çatdırılıb.
Məryəm





















