"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səhiyyə Nazirliyində dərman maxinasiyası – Büdcədən milyonlar necə “silinir”?

04 Fevral 2016 - 01:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Səhiyyə Nazirliyində dərman maxinasiyası - Büdcədən milyonlar necə “silinir”?“İnnovasiya və Təchizat Mərkəzi dövlət xəstəxanalarına paylanılan dərmanlar və laboratoriya reaktivlərinin ikiqat qiymətə rəsmiləşdirilir”

Azərbaycanın səhiyyə sistemində korrupsiya və “yeyinti” halları ilə bağlı KİV-də davamlı olaraq müxtəlif məlumatlar dərc olunur.

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Bir sıra dövlət xəstəxanalarında müayinə və müalicə işlərinə görə xəstələrdən “fantastik” məbləğin tələb olunması heç kimə sirr deyil. Hətta dövlət tərəfindən pulsuz ayrılan dərmanların xəstələrə pulla satılması barədə məlumatlar da cəmiyyətdə yetərincə yayılıb. Lakin dərman vasitələri, reaktiv və digər ləvazimatların yalnız xəstələrə yox, dövlətə də baha qiymətə “satılması” barədə ilginç məlumatlar daxil olub.

Bu barədə ötən il oktyabr ayında saytımızda dərc olunan “Baş prokurorluq Səhiyyə Nazirliyini yoxlamalıdır” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalədə deyilirdi: “Uzun müddət Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru vəzifəsində işləyən Fərhad Əliyarzadə dövlət büdcəsindən ayrılan vəsaiti talamaqla məşğul olub. Bu məlumatı yoxlamaq məqsədi ilə redaksiyanın əməkdaşları araşdırma aparıblar. Misal üçün xəstəxanalara verilən bir çox dərmanlar və tibbi təyinatlı ləvazimatlar xəstəxanalara hətta bazar qiymətindən də baha verilir.

Araşdırmamız hələ davam etdiyi üçün hələ bir nümunə ilə kifayətlənirik. “Albumin”in ( 10% 100 ml) 1 flakonu Səhiyyə Nazirliyinin xəstəxanalarına qaimə əsasında 60.21 qəpiyə, Adrenalin üçün isə 1 manat 99 qəpik verilib. Hansı ki, “Zəfəran” apteklər şəbəkəsinin deposunda həmin dərmanın qiymətinin 36.10 qəpik olduğunu müəyyən etmişik. Biz məqalədə qeyd olunan faktları dəqiqləşdirmək qərarına gəldik. Və “Zeytun” apteklər şəbəkəsinə zəng elədik. Şəbəkənin işçisi qafqaznews.org-a bildirdi ki, Ukrayna istehsalı olan Albumin 36 manat 10 qəpik, Rusiya istehsalı olan isə 42 manat 42 qəpikdir, Adrenalin isə 1manat 56 qəpikdir”.

Məqalənin dərcindən bir neçə ay keçib, hətta növbəti devalvasiya nəticəsində cəmiyyətdə böhran havası hökm sürür. Lakin bu günlərdə əldə etdiyimiz məlumata görə, sözügedən İnnovasiya və Təchizat Mərkəzinin yeni direktoru Rüstəm Rüstəmbəyovun rəhbərliyi altında da, yuxarıda qeyd olunan maliyyə maxinasiyası dayanmayıb. Əksinə, məlumatlı mənbə bildirib ki, dövlətə onsuz da real qiymətindən 2 dəfə baha “satılan” dərmanların qiymətləri “dolların son məzənnəsinə uyğunlaşdırılıb”. Məlumatda qeyd olunur ki, əvvəlki illərdə dərmanlar xəstəxanalara çatdırılırdı, lakin indiki vəziyyətdə, “böhran səbəbi ilə”, xəstəxanalara dərmanların yarısı göndərilir, yarısından isə “səs-soraq” gəlmir. Beləliklə, ölkəmizin böhranlı vaxtında işbaz-məmurlar daha çox qazanmağa maraq göstərirlər. Məsələn, əslində apteklərdə 2,5 man84808321ata satılan dərman 4-5 ay əvvəl dövlət tərəfindən 5-6 manata “alınırdısa”, indi bu qiymətlər 8-9 manata qədər qalxıb. Beləliklə, dövlət xəstəxanalarına paylanılan dərman vasitələri üzərindəki maxinasiyalar dövlət büdcəsindən milyonlarla vəsaitin silinməsinə gətirib çıxarır.

Bu, loru dildə “otkat” əməliyyatı adlandırılır. Hansısa məmur özünə yaxın bir şirkətlə razılaşır, dövlət qurumunu təmsil edərək, şirkətdən 1 manatlıq məhsulu 2-3 manat və ya daha artıq qiymətə alır. Pul dövlətin ayırdığı vəsaitdən çıxılır, aradakı fərq isə işbazlarla məmurlar arasında bölüşdürülür.

Həmçinin, yalnız dərman vəsaitləri yox, dövlət xəstəxanalarına göndərilən bütün avadanlıqlar, dəftərxana ləvazimatları, eləcə də gündəlik qida paylanması bütünlüklə İnnovasiya və Təchizat Şöbəsi tərəfindən tənzimlənir.

Məsələn, ortabab bir dövlət xəstəxanasının saxlanması dövlətə ildə 10 milyon manata başa gəlməli idisə, bu “otkat” əməliyyatları nəticəsində xərclər 20-30 milyona, hətta daha çox aparır. Sonrada dövlət xəstəxanalarındakı dərman vasitələri və preparatlar, avadanlıqlar kimə və neçəyə satılır, o artıq sonrakı məsələdir…

Adi termokağızın bir ədədi 4 manata olduğu halda, onu dövlət sənədlərində 24,78 manata rəsmiləşdirmək nə deməkdir?

Yaxud, qiyməti 10 manat olan,“Trombin zamanı TT “Pharmex” kimi qeyd olunan preparatın bir qutusunun 35 manata rəsmiləşdirilməsi də, həmçinin, yüzlərlə dərman və preparatın qiymətlərində maxinasiyalar – bunlar iqtisadiyyatımızın çətin zamanlarında cinayət deyilmi?

Aptekdə qiyməti 3 manata olan əşya şüşələrinin 5 manata rəsmiləşdirilməsi də, Azərbaycan dövlətini hər şüşəyə görə əlavə 2 manat xərcə salmaq olmurmu – həm də düşünsək ki, xəstəxanalar üçün hər il minlərlə, on minlərlə bu cür ləvazimat alınır?

Əgər bu əməllər ciddi həyəcan siqnalına əsas yaradırsa, biz niyə bir səs eşitmirik?

Açıq-aydın görünür ki, dövlət başçımızın çağırışlarına, tapşırıqlarına məhəl qoymayan məmurlar xalqımızın iqtisadi-sosial problemlərini daha da ağırlaşdırmaq bahasına, öz mülklərini, milyonlarını artırmağı məqsəd seçiblər. Lakin inanırıq ki, cəmiyyətimizin və dövlətimizin çevik reaksiyası ilə, bu cür mənfi halların qarşısını ala biləcəyik.

Previous Post

Səhiyyə Nazirliyində dərman maxinasiyası – Büdcədən milyonlar necə “silinir”?

Next Post

Azərbaycanda qripin vəziyyəti haqda Açıqlama

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post

Azərbaycanda qripin vəziyyəti haqda Açıqlama

Azərbaycanda qripin vəziyyəti haqda Açıqlama

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.