Rusiya Ukraynaya borc qaz verməyəcək

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynaya borc qaz verməyəcək. Musavat.com-un
məlumatına görə, o, bunu Milanda keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya borca heç nə verməyəcək. İstehlakçı intizamı lazımdır”, - Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Ukrayna üçün qaz qiymətləri kifayət qədər aşağıdır.