Rusiya Müdafiə Nazirliyi Ukraynanın Bryansk vilayətində pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, Ukraynanın bu gün təyyarə tipli PUA-lardan istifadə edərək Rusiya ərazisinə hücuma cəhd etdiyi bildirilib.
Bunun “terror aktı” olduğu vurğulanan açıqlamada, “2 Ukrayna PUA-sı Bryansk bölgəsi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib”.
Nuranə Məmmədova