Rusiya rublu dəyərini itirir

🗓 01.09.2014 16:51 ✍️ "Elçi" qəzeti

“Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb”main11508790_7b696d63faf1c2d032de8d554fc830cb

 Rusiya rublu dəyərini itirir. Sentyabrın 1-də Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Moskva Birjasında 1 ABŞ dolları 37,3 rubla dəyişdirilib. 1 avro isə 49 rubla bərabər olub.

Avro sonuncu dəfə bu ilin may ayında bu həddə qalxıb.

Qeyd edək ki, Rusiya valyutası Ukrayna hakimiyyətinin Rusiya qoşunlarının Ukraynanın şərqinə daxil olması ilə bağlı bəyanatından sonra dəyərini sürətlə itirməyə başlayıb.

Bənzər yazılar