Rusiya öz iqtisadi suverenliyini əhəmiyyətli dərəcədə artırıb – Putin

68

Dövlət başçısı bildirib ki, Qərbin Rusiya Federasiyasının dağılması ilə bağlı hesablaması baş tutmayıb.
Elchi.az xəbər verir ki, Qərbin ölkəni məhv etmək planlarına baxmayaraq, Rusiya son bir ildə iqtisadi suverenliyini əhəmiyyətli dərəcədə artırıb, Rusiya prezidenti Vladimir Putin bildirib.
“2022-ci ilin ən mühüm nəticəsi nədir: biz iqtisadi suverenliyimizi dəfələrlə artırmışıq. Hesablama belə idi ki, maliyyə sistemi çökəcək, insanlar küçələrə axışacaq, Rusiya daxildən sarsılacaq, dağılacaq. Bu baş vermədi”, – deyə dövlət başçısı Ulan-Udeyə səfəri zamanı bildirib.

Şayəstə