Naməlum şəxslər Almaniya Federativ Respublikasının kansleri Fridrix Merzin federal sədri olduğu Xristian-Demokrat İttifaqı (CDU) partiyasının Offenbax şəhərindəki ofis binasını daşqalaq ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti yerli polisə istinadən məlumat yayıb.
Hadisə bazar ertəsi yerli vaxtla saat 00:40 radələrində (Bakı vaxtı ilə 02:40) baş verib. Hücum nəticəsində bir neçə pəncərə sınıb, dəymiş ziyan təxminən 6 min avro həcmində qiymətləndirilir.
Polisin məlumatına görə, hücumdan dərhal sonra tünd geyimli bir neçə şəxs hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanları siyasi motivin olduğunu ehtimal edirlər. Həmçinin hücuma görə məsuliyyətin üzərinə götürülməsi ilə bağlı ehtimal olunan məktubun varlığı məlum olub.
Araşdırma Dövlət Təhlükəsizliyi Şöbəsinə həvalə edilib.
Məryəm





















