Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyanin ilə görüşündə Rusiya paytaxtının təsirli inkişaf tempini qeyd edib.
Elchi.az xəbə verir ki, Rusiya lideri meri ötən ilin nəticələrinə görə təbrik edərək, onları təsirli adlandırıb.
“Moskva yaxşı templə inkişaf edir”, – Putin qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Rusiya öz paytaxtı ilə fəxr edir və Sobyaninin komandasına uğurlar arzulayıb. Mer də öz növbəsində prezidentə təşəkkür edib və ölkə rəhbərliyinin Moskvaya göstərdiyi dəstəyi etiraf edib.
Putin və Sobyaninin görüşünü fevralın 9-da keçirdiyi brifinqdə prezidentin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Moskva meri daha əvvəl bildirmişdi ki, paytaxt metronun sürəti və tezliyi baxımından hər kəslə bərabərdir.
Yeganə





















