Şimali Fransadakı Gravelines Atom Elektrik Stansiyası, meduza sürüsü səbəbindən ardıcıl ikinci ildir eyni tarixdə bağlanmaq məcburiyyətində qalıb.
Elchi.az xəbər verir ki, Nature jurnalının verdiyi məlumata görə, reaktorları soyutmaq üçün istifadə edilən su nasos stansiyalarını sıx bir meduza kütləsi tıxadığı üçün ehtiyat tədbiri olaraq zavodda istehsal dayandırılıb.
Eyni zavod, oxşar bir meduza hücumu səbəbindən 11 avqust 2025-ci ildə dörd qurğusunu bağlamalı oldu.
Operator EDF oxşar bir hadisənin qarşısını almaq üçün yüz minlərlə avro xərcləsə də, hadisənin 12 ay sonra eyni şəkildə təkrarlandığı bildirildi.
Mütəxəssislər bu vəziyyətin iqlim dəyişikliyinin ciddi nəticəsi olduğunu qeyd edirlər. Dəniz suyunun temperaturunun yüksəlməsi meduzaların qidalandığı plankton miqdarını artırır, eyni zamanda orqanizmin reproduktiv dövrünü sürətləndirir.
EDF, obyektin ətrafına balıqçı qayıqları yerləşdirməklə meduza sürülərini zavoddan uzaq tutmağa çalışdığını və zavodun yaxın günlərdə tam gücü ilə işə düşəcəyini açıqladı.
Şayəstə





















