Hindistanın şimalında bir su elektrik stansiyasına məxsus tikilməkdə olan tunel su və dağıntılarla dolub daşması nəticəsində yeddi nəfər ölüb, on nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər dünən gecə Uttarakhand əyalətinin Çamoli bölgəsində yerləşən tunel su və dağıntılarla dolub daşması nəticəsində 20-dən çox işçinin ilişib qaldığını açıqlayıblar.
Bölgənin səhiyyə rəsmisi Dr. Ayuş bu səhər mətbuata bildirib ki, tuneldən xilas edilən yeddi nəfər ölüb, on nəfər isə xəsarət aldığı üçün müalicə olunur.
Hadisədən sonra tuneldə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlayıb.
Uttarakhand baş naziri Puşkar Sinqh Dhami ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edib: “Tuneldə qalan digər işçiləri zərərsiz şəkildə xilas etmək üçün işlər fasiləsiz davam edir”.
Şayəstə





















