Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanadadan parlamentə “SS Qalisiya” diviziyasının keçmiş əsgəri Yaroslav Hunkanın şərəfinə təltif edilməsi ilə bağlı açıqlama tələb edəcəyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Səfirlik hökumət başçısı Castin Trüdo və Xarici İşlər Naziri Melani Coliyə əlavə edilmiş məktublarla Kanada Xarici İşlər Nazirliyinə və Baş Nazirlik Ofisinə notalar göndərəcək.
Qeyd edək ki, Vladimir Zelenski Kanada parlamentində çıxışı zamanı “SS Qalisiya” diviziyasının keçmiş əsgəri Yaroslav Hunkanı salamlayıb.
Kanada müxalifətinin lideri Pierre Poilievre, Trüdodan bu adamın varlığına görə üzr istəməyə çağırıb və qeyd edib ki, parlamentarilər onun keçmişi haqqında məlumatlı ola bilməzlər.
Qeyd edək ki, Kanada İcmalar Palatasının spikeri Entoni Rota Yaroslav Hunkanı parlamentə dəvət etdiyinə və ona hörmət etdiyinə görə üzr istəyib.
Havar Şəfiyeva