Fransa prezidenti Emmanuel Makron “TF1”-ə müsahibəsində fransız qoşunlarının Nigerdən çıxarılmasının vaxtını açıqlayıb və bunun 2023-cü ilin sonuna qədər baş verməli olduğunu qeyd edib. Onun sözlərinə görə, Paris üsyançılarla hərbi əməkdaşlığı davam etdirmək niyyətində deyil. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Biz hazırkı Niger hakimiyyəti ilə hərbi əməkdaşlığı dayandıracağıq, çünki onlar artıq terrorizmlə mübarizə aparmaq istəmirlər”-deyə Makaron bildirib.
Makron dəqiqləşdirib ki, Fransa hərbi kontingentinin Afrika respublikasından çıxarılmasının yaxın vaxtlarda təşkil olunacaq və proses ilin sonuna qədər yekunlaşacaq.
Xatırladaq ki, Nigerdə dövlət çevrilişi iyulun 26-da baş verib.
Havar Şəfiyeva