ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bağlanır.
Elchi.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Yanvar ayından bəri Tramp administrasiyası vergi ödəyicilərinə “on milyardlarla dollar” qənaət edib, Rubio bildirib.
Rubio həmçinin daha əvvəl bildirmişdi ki, USAİD iyulun 1-dən etibarən xarici yardım proqramlarını idarə etməyi rəsmən dayandıracaq.
İyun ayında məlum oldu ki, Vaşinqton ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xaricdəki nümayəndəliklərini sentyabrın 30-dək bağlamağı planlaşdırır. USAİD-in xaricdəki nümayəndəliklərinin bağlanması prosesi diplomatik xidmət əməkdaşları, podratçılar və yerli işçilər də daxil olmaqla, yüzlərlə işçiyə təsir edəcək.
Nuranə Məmmədova
















