Azərbaycanın “təcavüzü” nəticəsində 100-ə yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb. Qondarma Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
“Bu, böyük müharibədir – Azərbaycan genişmiqyaslı əməliyyata başlayıb”, – o qeyd edib. Onun sözlərinə görə, Azərbaycan qüvvələri dünən gecə boyu döyüşləri davam etdirib. “Artıq yüzlərlə insan yaralanıb, 100-ə yaxın insan ölüb”, – Vardanyan bildirib. “Onlar əslində bizə deyirlər ki, getməliyik və ya bura Azərbaycanın bir hissəsidir. Əslində, bu, tipik bir etnik təmizləmə əməliyyatıdır və indi bir çox mülki vətəndaşın öldüyü müharibədir”.
Vardanyan qeyd edib ki, dünya Qarabağın taleyinə məhəl qoymur. “Rusiya susur və əslində bütün bu hərbi əməliyyata məhəl qoymur. Ancaq təkcə Rusiya deyil, dünya susur”, – Vardanyan bildirib. “Heç kim heç nə etmir: hamı buna məhəl qoymur, Rusiya susur, amma Qərb də.”