BMT-nin Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumlarının “vakuumda” deyil, “56 illik boğucu işğaldan” sonra baş verdiyini deyib.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Quterreş Qəzzanın Həmas-ın rəhbərlik etdiyi səhiyyə nazirliyinin son 24 saat ərzində İsrailin hava hücumları nəticəsində 700 fələstinlinin öldürüldüyünü bildirməsindən sonra açıqlama verib.
Bu, bombardman başlayandan bəri bir gündə ən yüksək itkidir.
Politico-nun qeyd etdiyi kimi, ABŞ dövlət katibi Antoni Blinken və Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki də BMT-yə toplaşanlara müraciət edərək Qəzzada dinc əhaliyə dəyən zərərin azaldılmasına çağırıblar. Quterreş ötən şənbə günündən bəri Misir sərhədindəki Rəfah keçidindən keçən 50-yə yaxın yardım maşınını “ehtiyac okeanında bir damla yardım” adlandırıb. HƏMAS-ın son məlumatlarına görə, müharibə başlayandan bəri 5700-dən çox fələstinli həlak olub.
Nuranə Məmmədova