BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Şurasının iclasında böyük dövlətlər arasında gərginliyin tarixi zirvəyə çatdığını bildirib.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, çoxtərəfli sistem BMT yaranandan bəri ən böyük yükü yaşayır.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası effektiv çoxtərəflilik və BMT Nizamnaməsinin prinsiplərinin qorunması ilə bağlı iclas keçirir. Bu iclasa Rusiya Federasiyası sədrlik edir.
Quterreş çıxışında həmçinin qeyd edib:
“Biz görünməmiş və bir-biri ilə əlaqəli böhranlarla üzləşirik. Böyük dövlətlər arasında gərginlik bütün zamanların ən yüksək həddinə çatıb”.
O, Ukraynadakı Rusiya NWO-nu yenidən tənqid edib. Baş katibin sözlərinə görə, bu, COVID-19-un yaratdığı qlobal iqtisadi təlatümləri daha da gücləndirir.
Yeganə