"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: “ Xalqın İlham Əliyevə minnətdarlıq borcu var”

11 Fevral 2024 - 11:32
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az– müsahibə verib.

Bunu da oxuyun

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, növbədənkənar prezident  seçkilərində göstrədiyiniz nəticə partiya üzvlərinizi ruhdan salmayacaq ki?

-Düşünmürəm. İstənilən məğlubiyyət acı olsa da, siyasətlə peşəkar səviyyədə məşğul olanlar başa düşür ki, dünyada böyük  şöhrət qazanmış siyasətçilər də sağ olsaydı və Azərbaycanda seçkilərə qatılsaydı ciddi uğura imza ata bilməzdi.

İlham Əliyev torpaqları işğaldan azad etmiş prezidentdi, xalqın ona bir minnətdarlıq borcu vardı. Üstünə onu da gəlsək ki, Qərb və onların burdakı əlaltıları seçkini baykot etdi və Azərbaycana təzyiqlərə başladı, bu, xalqı İlham Əliyev ətrafında daha sıx birləşdirdi, onun xeyrinə işlədi. Fikir verin, Avropa Şurası Parlament Assambleyası Azərbaycanı onu seçkiləri müşahidə etməyə dəvət etmədiyi üçün səsvermə hüququndan məhrum etdiyini bəyan edir. Bu zaman önə verdiyi alman deputat Frank Şvabe “Amerikannın səsi” nə deyir ki, biz bunu Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyinə görə etdik. Jurnalist soruşur  ki, axı, Azərbaycan əvvəllər də öhdəliklərini yerinə yetirməyib, bu,ermənilərə, Qarabağ məsələsinə görə ola bilərmi? O isə deyir ki, yox, Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə bilməz, həll yolu tapa bilməz. Amma bir az sonra deyir ki, biz Rusiyanı Avropa Şurasından Ukraynaya qarşı  müharibə başlatdığı üçün xaric etməli olduq. Bu cür riyakarlığı görən Azərbaycan vətəndaşı ölkəmizdə sosial durumun, iqtisadi vəziyyətin qaydasında olmadığını, bəzən incidildiyini, hüquqlarının pozulduğunu bilsə də İlham Əliyevi müdafiə etdi. İnsanlarımız başa düşürlər ki, bu işin arxasında əsasən Fransa dayanıb. Erməniləri Qarabağa qaytarıb, beynəlxalq birliyin təhlükəsizlik təminatı ilə burda onlara status almaq istəyirlər və Azərbaycana buna görə təzyiq edirlər.

Həm də xalqımı Prezidentdən işğal altında qalan 8 kəndimizin işğaldan  azad olunmasını da gözləyir. Vətəndaşlarımız düşünür ki, o başladığı işi başa çatdırmalıdır.

-Azərbaycan niyə Avropa Şurasını seçkiləri  müşahidə etməyə dəvət etmədi?

-Çünki iqtidar əmin idi ki, onlar hazır bir rəylə gəlirlər və nəticələri tanımayacaqlar. Ona görə də onlara belə bir şans vermədi.

Bu iqtidarı xalqımızın ən böyük “problemi” sayanlar, demokratiya uğrunda mübarizə apardıqlarını deyənlər sizə dəstək vermədi. Niyə?

Mənim təklif etdiyim platforma, islahatlar paketi hakimiyyəti təmsil edənlərin imtiyazlardan məhrum edilməsini nəzərdə tutur. Onlar ya sifarişlə iqtidarı tənqid, yaxud təhqir edirlər, ya da özləri hakimiyyəti devirib həmin imtiyazlara sahib olmaq istəyirlər. Mən bəyan edirdim ki, qalib gəlsəm amnistiya haqqında akt qəbul olunacaq, beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının haqlı olub-olmamalarından asılı olmayaraq siyasi məhbus saydıqları insanlar dövlət və şəxsiyyət əleyhinə ağır cinayət törətməyiblərsə azad olunacaqlar. Dövlət mülkiyyəti özəlləşdiriləcək, iqtisadiyyat hökumətin nəzarətindən çıxarılacaq, hüquqlara və mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılacaq. Mənim prezidentliyim cəmi bir il çəkəcək, çünki bir il ərzində Milli Birlik hökuməti formalaşdırılacaq, yeni konstitusiya qəbul olunacaq, prezidentli respubllikadan parlamentli respublikatya keçid edəcəyik, proporsional seçki sistemi əsasında yeni parlament seçiləcək ki, həmin parlament icra hakimiyyətinin başçısı olacaq Baş naziri və hökuməti təsdiq edəcək. Normal məntiqlə onlar məni sevməsələr də mənim seçki platformamı müdafiə etməli idilər. Hər bir müqayisə qüsurlu olsa da  Rusiyaya baxın, barışmaz müxalifət (Xadarkovski, Navalnı və başqaları) hakimiyyətin adamı sayılan Nadejdini müharibəni dayandıracağını bəyan etdiyinə görə dəstəklədilər. Xalq Nadejdinə  imza vermək üçün küçələrə çıxıb növbəyə dayandı və öz iradəsini nümayiş etdirdi.

Bizim “barışmazların” başı öz əllərində deyil, həm də siyasi səviyyə o deyil.

-Təbliğat kampaniyası zamanı ölkəmizin gələcəyi ilə bağlı sistemli baxışları, nəyi necə edəcəyinə dair aydın təsəvvürləri olan, problemlərin nədən qaynaqlandığını çılpaqlığı ilə söyləyən tək şəxs kimi göründünüz. Siyasi ekspertlərin, junalistlərin haqqınızda söylədiklərini haqlı saydınızmı?

-Çoxlu vicdanlı siyasi ekspertlər, jurnalistlər var. Onlara bir daha təşəkkür edirəm. Amma tənqidçi junalist kimi görsənib iqtidarı açıq tərifləməyib bizi aşağılamaqla iqtidara yarınmaq istəynlər də kifayət qədər idi. Biz real vəziyyəti bilə-bilə heç nədən çəkinmədən seçkilərə qatıldıq, çünki ölkənin problemləri gündəmə gətirilməli idi. Seçkiyə qtıldıq, əzmlə qələbə uğrunda mübarizə apardıq. Bu səbədən hər bir vicdanlı şəxs bizə səs verməsə də, bizə təşəkkür etməli idi. Biz yeni Konstitusiyanın qəbulu ilə hakimiyyət bölgüsünə real məzmun verilməsinin, parlamentli respublikaya keçidin, mülkiyyətə və hüquqlara təminat verə biləcək məhkəmə islahatlarının, yerli hakimiyyət orqanlarının yenidən formalaşdırılmasının, dövlətin idarəetmə xərclərinin azaldılmasının, bazar iqtisadiyyatına keçidin, neftdən asılılığa son qoymağın zəruriliyi göstərdik. Bunu qiymətləndirən çoxsaylı ekspertlər, jurnalistlər cəsarətlə və ləyaqətlə bizim platformanı yaydı, bəziləri susdu, bir qismi isə riyakarlıq etdi. Hesab edirəm bizim seçki platformamız və seçkilərdə iştirakımız bir çox müsbət qərarların qəbuluna kömək etmiş olacaq.

-Qüdrət bəy ABŞ-ın Ukraynaya yardımı dayandırmasına da münasibətinizi bilmək istərdik.

ABŞ siyasi elitası hakimiyyət ehtiraslarına görə hər şeyi qurban verməyə hazırdı. Cəmiyyəti də özlərinə oxşadıblar, parçalanmış  cəmiyyət də artıq ali dəyərləri qorumaq gücündə deyil və müdafiə etdiyi tərəfin hər cür avantürasına və cinayətinə haqq qazandırmağa hazırdı. Onlar Ukrayna xalqının taleyi ilə oynayırlar. Qızışdırıb müharibəyə çəkdilər. Vaxtında demədilər ki, biz Ukraynanı NATO-ya qəbul etməyəcəyik. Ukraynanı da başa salmadılar ki, qarşıdurmaya getməkdən çəkinin, Rusiya ilə əməkdaşlıq edin. Rusiyanı da müharibədən çəkindirmək üçün heç bir ciddi addım atmadılar.

Ona görə söyləyirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur. İki slavyan xalqın bir-birini məhv etməsi sadəcə üzücüdür. Bataqlığa salınmış hər iki ölkənin vəziyyətdən çıxması üçün güclü tərəfin və güclü liderin cəsarətli qərarı lazımdır. Görün türklərin neçə dövləti var. Slavyanların da bir neçə dövləti ola bilər. Onlardan hansısa, hansısa zaman kəsiyində fərqli inkişaf yolu seçə bilər. Buna dözümlü olmaq lazımdır. Zamanla kökü bir olan xalqlar bir araya gələcəklər. Rusiyanın Ukraynanın 20% torpağına görə onu əbədi düşmən etməsi yanlış olardı. Rusiya təkcə müharibəni dayandırmaq yox, həm də barış üçün yollar axtarmalı, cəsarətli qərarlar qəbul etməli, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməlidir.

Previous Post

Qüdrət Həsənquliyev: “ Xalqın İlham Əliyevə minnətdarlıq borcu var”

Next Post

Tramp: Bayden sağ olduğunu belə bilmir

Bənzər yazılar

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Next Post
Tramp: Bayden sağ olduğunu belə bilmir

Tramp: Bayden sağ olduğunu belə bilmir

Tramp: Bayden sağ olduğunu belə bilmir

Tramp: Bayden sağ olduğunu belə bilmir

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.