Qrossi Zaporojjya AES-dəki vəziyyəti dəyərləndirib

74

Zaporojye AES-də təhlükəsizlik vəziyyəti yaxşılaşıb, lakin hələ də son dərəcə kövrəkdir. Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Biz heç vaxt əmin ola bilmərik. İndiyə qədər biz müəyyən irəliləyiş gördük, lakin Zaporojyedə vəziyyət son dərəcə kövrək olmaqda davam edir”-Qrossi bildirib.
Qrossi əmin edib ki, Zaporojya AES hazırda atəş altında deyil. Lakin Zaporojye ərazisi müharibə zonası olduğu üçün vəziyyət hər an dəyişə bilər. Bu günlərin birində o , Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyini müzakirə etmək üçün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşlər keçirməyi planlaşdırır.

Nuranə Məmmədova