Qazaxıstan Ukrayna böhranının həlli ilə bağlı Çinin mövqeyini dəstəkləyib

67

Astana münaqişə tərəflərini mümkün qədər tez danışıqlara başlamağa çağırıb.
Elchi.az xəbər verir ki, Qazaxıstan Çinin Ukrayna böhranının həlli ilə bağlı mövqeyini alqışlayır. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) 25 fevral 2023-cü il şənbə günü dərc olunmuş bəyanatında deyilir.
Astana xüsusilə münaqişə tərəflərini danışıqlara başlamağa və hərbi əməliyyatları mümkün qədər tez dayandırmağa çağırıb.
“Biz hərbi münaqişədə iştirak edən tərəflərin xoşməramlılıq nümayiş etdirməsinin, düşmənçiliyi dayandırmasının və mümkün qədər tez danışıqlar masasına əyləşməsinin, dünya ictimaiyyətinin isə vəziyyətin diplomatik yolla həllinə hər cür töhfə verməsinin tərəfdarıyıq”, – mesajda deyilir. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Şayəstə