Bayden Ukraynanın “keçid dövründən sonra Krımı ələ keçirə biləcəyini” etiraf edib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABC televiziyasına müsahibəsində Zelenskinin Krımı zorla ələ keçirmək planlarına şübhə etdiyini bildirib.
Bayden deyib ki, Ukrayna Rusiya ilə münaqişəyə necə son qoyacağına özü qərar verməlidir, lakin o, Krımı dərhal “geri qaytara” bilməyəcək. Krımın ələ keçirilməsinin fundamental imkanları barədə suala cavab verən Bayden, “o, bundan əvvəl keçid dövrünün olacağını təsəvvür edə bilər. Amma hamısını birdən yox” deyib.
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ 2023-cü ilin yazında Ukrayna ordusunun hücumu üçün şərait yaratmalıdır.
Şayəstə